TVl'ərdə bir dəqiqəlik reklamın qiyməti

Azərbaycanda insanlar gündəlik həyatda ən çox rastlaşdığı reklam haqında çox az düşünür. Azərbaycanlılar reklama həddən artıq laqeyddirlər. Telekanalları izləyərkən reklam fasiləsi zamanı nümayiş olunan münasibət bunun əyani sübutudur.
İnkişaf etmiş ölkələrdə isə reklam insanın bilavasitə maraq dairəsindədir, çünki həm informasiya mənbəyi, həm də seçimini asanlaşdıran unikal vasitədir.
Bu gün təqdim etdiyimiz araşdırma Azərbaycanda reklamın qiyməti və keyfiyyəti barədədir.


Telekanallarda 1 dəqiqəlik reklamın qiyməti neçəyədir?

«Mix.az» saytının məlumatına görə, ölkə telekanallarında 1 saniyə üçün reklamın qiyməti verilişin vaxtından və profilindən asılı olaraq 1,10 - 22,50 AZN arasında dəyişir. Bu rəqəm informasiya və ictimai-siyasi proqramlarda 3,25 - 22,50 AZN, mədəniyyət və musiqi proqramlarında 4,30 - 8,70 AZN, kino və seriallarda 3,25 - 10,90 AZN, gənclik və idman proqramlarında 2,15 - 6,55 AZN, uduşlu oyunlarda 11,10 AZN olur. “Space” Müstəqil Teleradio Şirkətində isə 1 dəqiqə üçün reklamın qiyməti verilişin yerindən və profilindən asılı olaraq 300-1500 AZN arasındadır. Telekanalda 1 dəqiqəlik reklamın qiyməti informasiya və analitik proqramlarda 300-540 AZN, seriallarda 420-1500 AZN, bədii filmlərdə 300-600 AZN, qadın proqramlarında 360-540 AZN, əyləncəli proqramlarda 360-1110 AZN-dir.

Ən bahalı reklamlar türk serialları zamanı verilir

«Mix.az»ın Azad Azərbaycan” Televiziya və Radio Şirkətinin reklam şöbəsindən əldə etdiyi məlumata görə, yerli və vaxtı nəzərə alınmaqla reklamın 1 dəqiqəsi 420 - 1800 AZN arasındadır. Telekanalda “Son xəbər” informasiya buraxılışında reklamın 1 dəqiqəsinin qiyməti 480 -1380 AZN, seriallarda 660 - 1800, bədii filmlərdə 990 - 1180 AZN, musiqili və əyləncəli proqramlarda 420 - 1180 AZN arasında dəyişir. ATV-də ən bahalı reklamlar (1 dəq/1800 AZN) “Yarpaq tökümü”, “Min bir gecə”, “Acı həyat”, “Kurtlar Vadisi - Pusu” kimi türk seriallarında yerləşdirilir.

Metroda reklam çox ucuzdur

Metroda isə reklamlar telekanallara nisbətən ucuz başa gəlir.
“Kommet” Reklam Agentliyinin metro reklam bürosunun məlumatında deyilir ki, onların reklam almaqla bağlı heç bir problemləri yoxdur, çünki metroda reklamlar bolluğu ilə seçilir. Bu gün metroda reklam yerləşdirməyə tələbat çoxdur, ona görə ki, ucuz başa gəlir. Reklam lövhələrinin stansiyalarda 1 ədədinin icarə qiyməti 1 ay üçün 64 manatdır. Metroda reklam yerləşdirmək istəyən şirkətlər reklamlarını həm özləri, həm də “Kommet”də hazırlada bilərlər. Vaqonların içində reklamların yerindən asılı olaraq qiymətlər 2 AZN-dən 10 AZN-dək, stansiyalarda isə lövhəşəkilli reklamın 1 kv.metri 7 gün ərzində 30 AZN, eskalatorun üstündə qoyulan reklamın 1 kv.metri isə 7 gün ərzində 35 AZN-dir.

Səsli reklamlar gəlir

Metroda təzə formata uyğun gələn səsli reklamlar da yerləşdirilmək üzrədir. Bu işlə məşğul olan “Banner” şirkəti səsli reklamları ilk olaraq metronun “Elmlər Akademiyası” və “Nizami” stansiyalarında tətbiq edəcək. Reklamlar eskalatordan düşən yerdə və platformada səsləndiriləcək. Bir reklam lenti minimum 1 ay müddətinə hər gün 5 dəfə yayıla bilər. Belə ki, iş günləri bir dəfə səsləndirmə üçün qiymət 50 qəpik, istirahət və bayram günləri, ças-pik vaxtı isə 50-70 qəpikdir.

Avtobus və küçə reklamları neçəyə başa gəlir?

Avtobuslardakı reklamlar bir az fərqli formatda olur. Buradakı yerləşdirmə sırf istək xarakteri daşıyır. Marşrutlarda reklam yerləşdirməklə məşğul olan IMP (İşık Medya Planlama) reklam şirkətində Bakıda nəqliyyatın hərəkət istiqamətindən asılı olaraq reklamın qiyməti 290-330 AZN, Gəncə şəhərdaxili avtobuslarında isə 290 AZN-dir.
Şəhərimizə gəlincə təxminən 150-dən artıq bilbord tipli, hərəkətsiz reklam lövhələrimiz var. Bundan başqa, prizma tipli reklam lövhələrimiz də var ki, hər iki üzündə reklam yerləşdirmək olar. Reklamın minimal müddəti 1 aydır və qiymətlər yerindən asılı olaraq bilbordlarda 400 manat, plazmalarda isə 360 manatdan başlayır. Onu da öyrəndik ki, Bakıda ən bahalı reklam lövhəsi Fəvvarələr meydanındadır. Burada əsasən “Coca-cola”, “Samsung” kimi şirkətlər reklamlarını yerləşdirirlər.

Zeynal Məmmədli: «Reklam sahəsində yetərincə ixtisaslı kadrlar yoxdur»

Azərbaycanda reklam bazarının vəziyyəti necədir? Tanınmış telemütəxəssis Zeynal Məmmədli bildirib ki, reklam bazarı zəif inkişaf edib. O, səbəb kimi yetərincə ixtisaslı kadr qrupunun olmamasını göstərir: «Kanallarımızda olan verilişlərlə müqayisədə reklam kampaniyaları daha fəal görsənir. Lakin reklamlarımızın böyük hissəsi xarici kanallardan götürülür. Bununla yanaşı əvvəlki dövrlərlə müqayisədə uğur əldə etmək də asan deyil. Müxtəlif şirkətlər bahalı reklamları kanallara təqdim etsə də, effekt yaxşı alınmır. Bu gün kanallara baha qiymətə satılan anonslar arasında yararsızı da az deyil».
Azərbaycanın reklam bazarının dünya səviyyəsinə çatmadığını deyən Z.Məmmədli geriliyin səbəbini belə izah etdi. «İctimai maraq, ümumi tələbatın ödənməsi üçün yüksək səviyyəli çarxlar çəkilməlidir. Bu sahədə olan qıtlıq teleməkanın inkişafına mane olur. Dövlət orqanları da reklam şəklində bəyanat yaymağı bacarmırlar. Sırf ölkədə istehsal olunan malların reklamına gəldikdə isə, sanki şirkət öz malına inanmır və nəticədə keyfiyyətsizlik yaranır».

Mix.az
Bizim yol
Qaynar.info

18 şərh

Write şərh
Turqut
AUTHOR
26/12/08 01:24 delete

Maraqqlı və çox lazımlı xəbərdir. Blogunda yerləşdirdiyin üçün çox sağ ol.

Reply
avatar
asif eminov
AUTHOR
26/12/08 01:34 delete

Cox sagol, maraqli melumata gore. Ele mene de lazim idi. :) Metro barede az-cox melumatlandim. ;)disher

Reply
avatar
makla
AUTHOR
26/12/08 17:54 delete

Dəyməz.
Şərhləriniz üçün sağolun.

Reply
avatar
26/12/08 18:20 delete

Metroda reklamın bu dərəcədə ucuz olması sürpriz oldu mənimçün. Hərgah ümumi götürəndə TV reklamı belə çox da baha deyilmiş.

Makla, əlinə sağlıq əla araşdırma eləmisən.

Reply
avatar
Researcher
AUTHOR
27/12/08 12:00 delete

Makla, maraqli melumatlar ucun cox sagol:) Sesli reklamlar ve metro cox ucuzdur, eksine ora en crowded yerdir. TV qiymetleri bahalashdiqca onda metro ve outdoor ve hetta online da bahalashacaq, cunki onlara telebat artacaq

Reply
avatar
Ajka
AUTHOR
1/1/09 21:37 delete This comment has been removed by the author.
avatar
Ajka
AUTHOR
1/1/09 21:50 delete

Hal hazirda marketing uzre tehsil aliram cooooooooooooox maraqli sahedi. ancaq bu ele sahediki sadece oxumaq her seyi hell etmir yaxsi marketologun gerek yaxsi fantaziyasida olsun.... Bizim reklamlara gelince cox keyfiyyetsiz cekilirler sunilik var. insana baxanda zovq vermirse demeli o ishe pul tokmek mentiqsizdir. Insan reklama baxdiqdan sonra dushunmelidi dushunmurse demeli hec bir tesiri olmadi....

Reply
avatar
info
AUTHOR
24/3/09 20:55 delete

Bir neçə il əvvəl metro stansiyalarda plazma televizorlar asmışdılar və teleşəbəkə qurmuşdular. İndi həmin şəbəkə vasitəsilə da reklam vermək olardı. Lakin televizorların hamısı yoxa çıxıb...

Reply
avatar
Made_in_Azerbaijan
AUTHOR
15/11/09 21:43 delete

Melumatlara gore tewekkur...
Metroda qiymetlerin serfeli olmasina baxmayaraq nedense metroda reklam ucun ayrilmiw yerlerin hamisi istifade edilmemekdedir... Maraqlidir, niye...?

Reply
avatar
marsha
AUTHOR
13/2/17 03:51 delete

3% kimi aşağı nisbətən aşağı faiz dərəcəsi ilə tez uzun və ya qısa müddətli kredit lazımdır? Biz biznes kredit, şəxsi kredit, ev kredit, avtomatik kredit, tələbə kredit, borc konsolidasiya kredit e.t.c. təklif heç bir kredit hesab fərqi. Biz bütün dünyada bizim çoxsaylı müştəriyə maliyyə xidmətləri verilməsi təmin edilir. Bizim çevik kredit paketləri ilə, kredit emal edilə bilər və mümkün olan ən qısa müddət ərzində borcalan köçürülür, məsləhət və maliyyə planlaşdırılması üçün mütəxəssis əlaqə saxlayın. Siz tez kredit ehtiyac varsa honestloan10@gmail.com e-mail vasitəsilə bizimlə əlaqə saxlayın

Ana səhifə; http: //honestloan.ulcraft.com/

Reply
avatar
Philip Evis
AUTHOR
2/3/17 16:27 delete

Evis kredit kredit sirk?t siz? baslamaq lazimdir h?r hansi m?bl?g borc haziriq
Sizin s?xsi is. biz d? ?g?r, 3% faiz d?r?c?si il? kredit verm?k biz d? ev satmaq bil?r ayliq öd?nis evi almaq ist?yir?m
S?n. bel? Xahis k?nd t?s?rrüfati k?nd t?s?rrüfati kredit üçün müraci?t. Siz kredit lazimdir ?g?r
, Evisloanfirm@gmail.com çox s?b?bl?ri niy? ola bil?r: bizim e-poçt ?laq?
gözl?nilm?z avtomobil v? ya ev t?mir - Siz b?zi ?lav? pul ?ld? etm?k lazimdir
Sizin toy v? ya xüsusi bayram üçün öd?nilm?si. Lakin, bunun üçün lazim n?
Yuxaridaki 100.000 ABS dollari $ 5000 ABS dollari arasinda borc zaman.

Sirk?tin ixtisaslasma.
1) 3% faiz d?r?c?si kredit verir.
2) Biz d? sizin h?r hansi bir siz seçdiyiniz bir ev ala bil?r
yer.

Reply
avatar
14/3/17 07:35 delete

We offer a wide range of financial services 3% which includes: Business Planning, Commercial and Development Finance, Properties and Mortgages, Debt Consolidation cash, Business cash, Private cash,car cash, hotel cash, student cash Contact us via email: musaddiqloanlending@gmail.com

Reply
avatar
Max Bent
AUTHOR
5/7/17 06:45 delete

Okean kreditorları və ipoteka kreditləri Kiçik və böyük miqdarda kreditlər üçün 2% faiz dərəcəsi ilə.

Bir işə başlamaq və ya borclarınızı ödəmək üçün kreditə ehtiyacınız varmı? Biz hər cür kredit, özəl kreditlər,
  Kommersiya və fərdi kreditlər, bir il ərzində 2% aşağı olan və dünyanın hər hansı bir yerində 25 il ödəmə müddəti olan aşağı faiz dərəcələri ilə. Biz 1000-dən istənilən məbləğə qədər kredit təklif edirik, bu gün bizimlə əlaqə saxlayın Email;

Oceanfmortgages@gmail.com
Oceanfmortgages@gmail.com

+447087694046

Reply
avatar
19/7/17 22:33 delete

Are you in any financial crisis? Does your firm, company or industry need financial assistance? Do you need a LOAN to refinance your home, or expand your existing business? Do you need LOAN to settle urgent debts and stay with one lender? Do you need LOAN to pay off your bills etc? ranging from $20,000 to $30,000,000.00 USD/EURO/POUNDS Get yours no obligation! Repayments up to 360 Months. No Collateral, Money paid into your account within 24 hours after approval. If you are interested in obtaining a LOAN, do not hesitate to send your request to us TODAY with the below details.

Contact us via email: worldwidefundservice@gmail.com
Website; http://worldwidefundservice.weebly.com

Reply
avatar
11/8/17 17:48 delete

I got my already programmed and blanked ATM card to withdraw the maximum of $400,000 MONTHLY , $20,000 daily for a maximum of 4 MONTHS. I am so happy about this because i got mine last week and I have used it to get $140,000 already. CLIFFORD JACKSON Hackers is giving out the card just to help the poor and needy though it is illegal but it is something nice and he is not like other scam pretending to have the blank ATM cards. And no one gets caught when using the card. get yours from CLIFFORD JACKSON Hackers today! Just send an email to cliffordhackerspays@gmail.com.

Reply
avatar
11/8/17 17:53 delete

I got my already programmed and blanked ATM card to withdraw the maximum of $400,000 MONTHLY , $20,000 daily for a maximum of 4 MONTHS. I am so happy about this because i got mine last week and I have used it to get $140,000 already. CLIFFORD JACKSON Hackers is giving out the card just to help the poor and needy though it is illegal but it is something nice and he is not like other scam pretending to have the blank ATM cards. And no one gets caught when using the card. get yours from CLIFFORD JACKSON Hackers today! Just send an email to cliffordhackerspays@gmail.com.

Reply
avatar
14/9/17 10:06 delete

GOOD CARD WITH COOL CASH...Get THE 2017 BLANK ATM Programmed Card and cash money directly in any ATM Machine around you. There is no risk of being caught, because the card has been programmed in such a way that it´s not traceable, it also has a technique that makes it impossible for the CCTV to detect you and you can withdraw a total sum of $5,000.00 USD daily,try and get yours today from (MR ANDERSON) And be among the lucky ones who are benefiting from it. Now email the hacker on
hackersworldatm@gmail.com or +18454224913

Reply
avatar
Osman Ibrahim
AUTHOR
17/9/17 07:08 delete

Instant Personal Loans – There are times when you might need money urgently at a very short notice but are running out of cash. You may wonder as to which lender might sanction a loan at such an occasion! Much to your surprise, you can avail instant personal loans immediately. They are processed very fast, say within 24 hours. You can use these loans for any personal need of yours. You also have the choice to apply for this loan online. Yes, within the comfort of your home, you can apply for this loan and save yourself of all the hassles which you might have to go through otherwise contact us now: email: housingfinance247@gmail.com

Reply
avatar