500 dollara ev satılır


Beynəlxalq maliyyə böhranı nəticəsində Amerikada evlər inanılmaz dərəcədə ucuzlaşıb.

Lent.az-ın “CNNMoney.com”a istinadən məlumatına görə, bəzi evlərin qiyməti hətta 500 dollara düşüb. Banklar girov qoyulan evlərin krediti vaxtında ödənmədiyindən bu addımı atmağa məcbur olub. Belə ki, banklar getdikcə qiyməti düşən minlərlə evdən xilas olmaq istəyir. Köhnə, təmirə ehtiyacı olan evlər 500 dollardan satışa çıxarılıb. Həmin mənzillər əvvəlcə sahiblərinə təklif olunub, ancaq alıcı tapılmayıb.