Dizayner 1.8 milyon avroluq telefon hazırlayıb


Avstriyalı dizayner Peter Aloyson dünyanın ən bahalı telefonu adına iddia edə biləcək iPhone hazırlayıb.

Lent.az-ın “The Daily Telegraph” agentliyinə istinadən verdiyi məlumata görə, telefon aparatı qismən qızılla örtülüb və 138 brilyantla bəzədilib.

Qəzet qeyd edir ki, iPhone 3G aparatının qiymətinin 1,6 milyon funt sterlinq (1,8 milyon avrodan çox) olacağı gözlənilir. Çəkisi 6,6 karat olan ən iri brilyant aparatın menyusunun əsas düyməsini bəzəyir. Telefonun hazırlanmasında ağ, sarı və çəhrayı qızıldan istifadə olunub.