İskəndər Xəlilov Bakıda şəhər tikir

İş adamı qlobal maliyyə böhranının onun avtomobil biznesini çökdürdüyünü etiraf edib

“Bakıda, Heydər Əliyev prospektində yeni şəhərcik salmağı planlaşdırırıq. ”City Center" adlanacaq bu şəhərcik bizə 500-600 milyon dollara başa gələcək". Bu barədə “Trend”ə açıqlamasında İSR Holdinq-in prezidenti İsgəndər Xəlilov bildirib. İş adamının dediyinə görə, “Siti Senter”də yaşayış binalarından əlavə, məktəb, uşaq bağçası, poliklinika, ticarət mərkəzi və digər sosial obyektlər tikiləcək.
Bir sözlə, şəhər içində şəhər tikmək istəyən Xəlilov “City Center”in tikintisi üçün artıq 200 milyon dollar ayrıldığını da deyib. “Yerdə qalan kapitalı isə öz aksiyalarımı London birjasına yatırmaqla əldə etməyə çalışacağam” - deyə İ.Xəlilov bildirib.
İş adamı onu da qeyd edib ki, adıçəkilən şəhərcikdən əlavə 2011-ci ilədək Bakıda ümumi dəyəri 140 milyon dollar olan “Hilton” otelinin tikintisini də başa çatdıracaq: “Azərbaycanda bu otelin analoqu olmayacaq. 23 mərtəbəli oteldə qiymətləri məhşur Hiltonlar ailəsi müəyyənləşdirəcək”.
İsgəndər Xəlilov maliyyə böhranından şikayətlənərək bildirib ki, qlobal maliyyə böhranı onun avtomobil biznesini az qala çökdürüb: “Sahibi olduğum ”Toyota Center" Bakıda ay ərzində 100 avtomobil satırdısa, indi bu rəqəm 45-ə düşüb".

3 şərh

Write şərh
9/1/09 17:44 delete

Əla! Maraqlı xəbər idi. Bir də, maraqlıdır nə yaxşı bu qədər dəqiq informasiyalar verib mediaya. Dəqiq rəqəmlər, gələcək planlar və.s

Alqışlamaq olar.

Reply
avatar
Researcher
AUTHOR
11/1/09 11:33 delete

Maraqlidi, ama niye "City Center"?? Axi o adli bir merkez var sheherde. Yeni ad gerek dushunerdiler :))

Reply
avatar
aflatunus
AUTHOR
13/1/09 11:43 delete

Lap Anarin "Ağ qoç, qara qoç"undaki Baku-siti yadima düşdü..
http://www.boxca.com/8cglxbk49ism/Ag_Qoc_Qara_Qoc_ANAR.doc.html

Reply
avatar