«Moskva» mehmanxanasının yerində «Alov Qüllələri»

«Moskva» mehmanxanasının yerində «Alov Qüllələri» 350 milyon dollarlıq göydələnlər 2011-ci ilin iyununda hazır olmalıdır

Bakıda, «Moskva» mehmanxanasının yerində «Alov Qüllələri» adlanan göydələnlər tikəcəklər. Bu barədə «Azadlıq» radiosuna layihənin idarəedici şirkəti «Hill International»dan məlumat veriblər. Layihənin qiyməti 350 milyon dollardır. Göydələnlər 2011-ci ilin iyununda hazır olmalıdır.
«Hill International» şirkəti bu həftə Bakıda nümayəndəliyini açıb.
Nümayəndəliyin rəsmisi Piter Sokit «Azadlıq» radiosuna deyib ki, sifarişçi Azinko Development MMC şirkətidir, binaları keçmiş «Moskva» mehmanxanasının ərazisində tikəcəklər: «Orada üç bina və ticarət mərkəzi tikəcəyik. Bu, böyük layihədir. Amma bizim belə iri layihələrimiz olub. Yaxın Şərqdə və Amerikada həyata keçirdiyimiz layihələrin dəyəri milyard dollarla ölçülüb».

Sokit deyir ki, göydələnlərin yuxarı hissəsi məşəli xatırladacaq. Odur ki, ona «Alov Qüllələri» adı veriblər.

«Hill International» layihənin dizaynını da hazırlayıb. Göydələnlərin ən hündürü 39 mərtəbəlidir. Göydələnləri 235 min kvadrat metr ərazidə tikəcəklər.

Nüfuzlu «Hill International»ı Azərbaycana gətirən Azinko Development MMC-ni Bakıda tikinti sektorunu araşdıran qeyri-hökumət təşkilatları və ekspertlər tanımırlar.

Adında «Azinko» sözü olan Azinko Holding şirkəti deyir ki, bu MMC onlara aid deyil.

Məşhur «Engineering News Record» jurnalı «Hill International»ı ABŞ-ın 11-ci ən böyük tikinti menecment şirkəti elan edib.

Bu şirkətin layihə menecmenti anlayışına dizayn, büdcəyə nəzarət, işin planlaşdırılması, qiymətləndirmə, təftiş və s. daxildir. Qaynar.info

2 şərh

Write şərh
vika
AUTHOR
23/1/09 14:17 delete

hee maraqlidi...ucuz lahiye deyil...Iceri seher metrosu kimi aciliw gunun seheri cammatin bawina su dammaz

Reply
avatar
vka
AUTHOR
23/1/09 14:18 delete This comment has been removed by a blog administrator.
avatar