Yahoo!-nun baş direktoru vəzifəsinə Kerol Barts təyin olunacaq

Yahoo!-nun baş direktoru vəzifəsinə Kerol Barts təyin olunacaq Fortune jurnalı Yahoo!-nun gələcək baş direktorunu biznesdə ən nüfuzlu 50 qadın siyahısına daxil edib Biznes-QayNar: Yahoo!-nun baş direktoru vəzifəsinə, proqram təminatı ilə məşğul olan Autodesk şirkətindən Kerol Barts (Carol Bartz) təyin olunacaq.
"QayNar.info"-nun "Lenta.ru"-ya istinadən verdiyi xəbərə görə, K.Barts Yahoo!-nun təsisçisi Cerri Yanqı əvəz edəcək.
Qeyd edək ki, Cerri Yanqın işdən azad olması 2008-ci ilin noyabr ayının 18-də bəyan edilmişdir.
60 yaşlı K.Barts 1992-2006-cı illər ərzində Autodesk-də prezident, direktorlar şurasının sədri və baş direktor vəzifələrini yerinə yetirib. 2009-cu ilin yanvar ayına olan vəziyyətə görə isə K.Barts Autodesk şirkətinin icraçı direktorudur.
Fortune jurnalı Yahoo!-nun gələcək baş direktorunu biznesdə ən nüfuzlu 50 qadın siyahısına daxil edib.