«Catel»in veb-saytı dağıdılıb

«Catel» şirkətinin veb-saytı hakerlər tərəfindən dağıdılıb
Səhifədə ingilis dilində amerikalı və israillilərin iştirak etdiyi şirkətlərin saytlarının dağılacağı barədə məlumat yerləşdirilib

Rabitə operatoru olan «Catel» (Caspian American Telecom) şirkətinə məxsus www.fonex.az veb-saytı bu gün hakerlər tərəfindən dağıdılıb. Bu barədə ANSPRESS-ə şirkətin marketinq və ictimaiyyətlə əlaqələr departamentinin müdir müavini Günel Heydərova məlumat verib.

Belə ki, özlərini «Black Hats » (Qara Papaqlılar) adlandıran hakerlər saytı dağıdaraq səhifədə ingilis dilində Amerika və İsrail şirkətlərin saytlarının dağılacağı barədə məlumat yerləşdirilib: «Siz mənim hədəfimdəsiniz. Fələstin uşaqlarının qanı yerdə qalmayacaq. Sizin işğalınıza cavab olaraq xatırladıram ki, bir gün ərəblər zəfər çalacaqlar».

G. Heydərovanın sözlərinə görə, şirkət artıq sayta hostinq xidmətləri göstərən «Digital Stream» şirkətinə müraciət edib. Hazırda veb-saytın bərpası istiqamətində iş aparılır.

Aytən Həmidova/ANSPRESS/

1 şərh:

Write şərh
2/3/09 15:18 delete

En gulmelisi de odur ki, Catelin Amerikanlilarla ve Amerikayla addan bashqa hech bir elaqesi yoxdur..:))))

Reply
avatar