Day.az SATILDI!!!

“Day.az” və “Today.az” layihələri satılıb. Bu barədə APA-ya layihələrin keçmiş baş redaktoru Elnur Baimov məlumat verib.

Onun sözlərinə görə, layihənin satılması ilə bağlı məsələləri təsisçi həll etdiyi üçün onun detallar barədə məlumatı yoxdur.

E. Baimov əlavə edib ki, o layihənin yeni təsisçisi ilə birlikdə çalışmayacaq. Kollektiv üzvlərinin də layihədə qalıb-qalmayacaqları həllik məlum deyil.

Qeyd edək ki, bu il fevralın 18-də “Day.az” və “Today.az” layihələri fəaliyyətini dayandırıb. Əvvəlcə saytlarda layihənin başa çatması barədə məlumat yerləşdirilsə də, daha sonra layihələrin fevralın 25-də fəaliyyətə başlayacağı barədə məlumat verilib. Lakin bu gün layihənin satıldığı məlum olub. Saytın təsisçisi Anar Məmmədxanov portalın fəaliyyətinin dayandırılmasını saytın texniki problemlərlə üzləşməsi ilə izah edib.

Xatırladaq ki, “Day.az” 2003-cü ildə yaradılıb. Saytın təsisçisi millət vəkili Anar Məmmədxanov idi.