Azersun-a ciddi ziyan dəyib

Dünya böhranı Azersun Holding-ə ciddi ziyan vurubAzersun Holding şirkətlər qrupunun Azərbaycanda layihələrin reallaşdırılmasına yatırdığı sərmayələr dünya maliyyə böhranı səbəbindən azalıb. Bu barədə Azersun-un baş direktoru Abdolbari Qözal bildirib.

«Böhranın təsiri altında xarici bankların maliyyə vəziyyətinin pisləşməsi səbəbindən, sərmayə yatırımları üzrə imkanlarımız azalıb. Çünki şirkət bu məqsədlə onlardan kredit resursları alırdı. Lakin ümumilikdə Azersun-da vəziyyət normaldır və hazırkı böhran investisiya planlarımıza 25-30 faiz təsir göstərib», - deyə Qözal bildirib.
Onun fikrincə, dünya maliyyə böhranı Azərbaycana təsir göstərməyib, çünki ölkənin Dövlət Neft Fondu kimi ehtiyat fondu var.
«Mən hesab edirəm ki, ümumilikdə bu vəziyyət iki-üç il ərzində normallaşacaq», - deyə holdinq rəhbəri bildirib.
Azersun Holding 1992-ci ildə yaradılıb. Holdinqin fəaliyyət sahələri çay, bitki yağlarının qablaşdırılması, ticarət və distribüterlik, tikinti, bank işi, sığorta, eləcə də karton-kağız məmulatları, ət və tərəvəz konservlərinin istehsalı, yüklərin daşınması və saxlanılmasından ibarətdir. // Trend