ƏN GƏNC MİLYARDER

DÜNYANIN ƏN GƏNC MİLYARDERİ Türkiyə mediasına müsahibə verən M.Mənsimov deyib ki, «Palmali» böhrandan nəinki zərər görüb, əksinə, qazanıb

«Forbes» jurnalı 2008-ci ildə 1,3 milyard dollarlıq varidatı ilə azərbaycanlı iş adamı, «Palmali» Şirkətlər Qrupunun prezidenti 41 yaşlı Mübariz Mənsimovu ən gənc milyarder elan edib. Türkiyə mətbuatı dünya milyarderləri sırasında 897-ci olan Mənsimovu Azərbaycanın ən varlı iş adamı kimi təqdim edir.
Amma M.Mənsimov artıq Azərbaycan vətəndaşı deyil. 2007-ci ildə o, şirkətin baş ofisini Maltadan Türkiyəyə köçürüb. Elə həmin ildə də Türkiyə vətəndaşlığını alıb.

Mübariz Mənsimov 1968-ci ildə Bakıda anadan olub. Biznesdə ilk addımlarını Rusiyada dəniz daşımaçılığı sahəsində atıb. Elə indi də «Palmali»nin əsas fəaliyyət sahəsi dəniz daşımalarıdır.

M.Mənsimovun 125 şəxsi gəmisi var. Bundan başqa, şirkət həm də 120-yə yaxın gəmini icarəyə götürüb əsasən neft daşımaları ilə məşğul olur.

«Palmali» dəniz daşımaları üzrə dünyanın ən iri şirkətlərindən beşincisidir. Ümumilikdə isə qrupda 48 şirkət, 45 min işçi var. «Palmali» 40 ölkə ilə ticarət əlaqələri qurub.

«Palmali»nin Türkiyə iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 500 milyon dollara çatıb. Mübariz Mənsimov Türkiyə mətbuatına bildirib ki, ölkədəki biznes mühitini bəyənir. Buna görə də Türkiyəyə yatırımların həcmini 2,5 milyarda çatdırmağı düşünür.

1 şərh:

Write şərh
10/3/09 08:45 delete

Cavabimi burda yazdim :)

http://www.aliev.info/aliev-blog-10.03.2009-83.html

Reply
avatar