Bir saat irəli gedəsiyik


29 Mart saat 05.00-da Azərbaycan yay vaxtına keçəcək. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib

Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında» qərarına əsasən, martın 29-da saat 05:00-da respublika ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında» qərarı 17 mart 1997-ci ildə qəbul edilib. Qərara əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir