Mübariz Mənsimov Azərbaycanın bir kəndinə 40 milyon avro yatıracaq




“İkinci fabrikimiz üçün çalışmalarımız sürətlə davam edir”

Keçən il Lənkəran şəhərində süd fabriki açan “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov bu dəfə doğulduğu rayonda – Masallı rayonuna investisiya yatıracaq. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Pamali” Holdinq Masallı rayonunun Miyəngü kəndinə 40 milyon avro vəsait yatırmağı planlaşdırır. Burada ölkədə heyvandarlıq sahəsinin inkişafı və yüksək standartlara cavab verməsi üçün əkin və otlaq sahələri salınması planlaşdırılır. Oraya gündə 30 litr süd verən 600 iribuynuzlu heyvanın gətiriləcəyi gözlənilir. Daha sonra onların sayı 1200-ə çatdırılacaq.

M.Mənsimov Lənkəran şəhərindəki süd fabrikinə bundan 8 milyon avro az – 32 milyon avro xərcləmişdi. Bu, 10 min ailənin gəlir yeri deməkdir. “İkinci fabrikimiz üçün çalışmalarımız sürətlə davam edir. Məqsədimiz bu fabriklə Azərbaycanın ehtiyacları ilə yanaşı, qonşu ölkələrə də süd və süd məhsulları ixrac etməkdir” – deyə, “Nur Süd” MMC-nin baş direktoru Zəki Aşçı bildirib.

lent.az