Putin “NİVA” alıb


Baş nazir Rusiya avtomobil sənayesini şəxsən dəstəkləmək qərarına gəlib

Rusiyanın baş naziri Vladimir Putin ölkə avtomobil sənayesini şəxsən dəstəkləmək qərarına gəlib. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Putin “AvtoVAZ”ın işçiləri ilə görüşündə “NİVA” avtomobili aldığını bildirib.

Görüş zamanı işçilərdən biri baş nazirin onların istehsal etdiyi hansı avtomobili almaq istədiyini soruşub. Putinin cavabı isə çoxlarını çaşdırıb: “Mən artıq “NİVA” almışam. Tezliklə onu adıma qeydiyyata saldıracağam”.

Qeyd edək ki, Putinin iki “Volqa”sı var. O, 2007-ci ilin parlament seçkiləri ərəfəsində təqdim etdiyi deklarasiyada 1960-ci ildə buraxılan “QAZ M-21” və 1965-ci ildə buraxılan “QAZ M-21P” avtomobillərinin olduğunu bildirib.