Qərb bölgəsində 26 sahibkara kredit verilib




Sahibkarlığa Kömək Milli Fondunun nümayəndələri qərb bölgəsindən sahibkarlarla görüş keçirib. Tədbirdə Fondun fəaliyyətindən danışılıb, sahibkarların problemləri, təklifləri dinlənilib.

Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, Gəncə-Qazax iqtisadi rayonu üzrə “Amin” Kredit İttifaqına üzv olan 26 sahibkara 1000 manatdan 3000 manatadək kreditlər paylanılıb. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu günədək Qərb bölgəsindəki iş adamlarına 1263 layihə üzrə 30 milyon manatdan çox kredit verilib.
Bu il isə 200-dən artıq sahibkar 500000 manat dəyərində kreditdən yararlanıb. Kreditlərin paylanılması davam edəcək. Sahibkarlara 130 milyon manat dəyərində kreditlər veriləcək. Bunun 74 milyonu dövlət büdcəsi hesabına, qalan hissəsi isə sahibkarlara verilmiş və geri qaytarılan vəsait hesabına paylanılacaq.
Lent.az