Mübariz Mənsimovdan SENSASİYALI bəyanat.

http://turkiye.azeriblog.com/public/blogs/turkiye/2007/10/11/palmali_mansimov_mubariz2.jpg
"Türkiyə Ermənistanla sərhədlərini açacaqsa, mən şirkətimin Türkiyədəki fəaliyyətinə xitam verəcəyəm". Bu sensayalı bəyanatla baş ofisi Türkiyədə yerləşən "Palmali" Şirkətlər Qrupunun azərbaycanlı prezidenti Mübariz Mənsimov çıxış edib.

Qaynar.info-nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Mənsimov Türkiyə və Azərbaycanın həmişə bir yerdə olmalı olduğunu bildirib: "Azərbaycanın Türkiyədən başqa kimi var ki? Türkiyə arxasını Azərbaycana çevirməməlidir. 16 il əvvəl bu sərhədlərin bağlanmasına səbəb Qarabağ problemi olmuşdu. Biz qardaşıq və həmişə bir yerdə olmalıyıq. Bizim dilimiz, dinimiz, mədəniyyətimiz, tariximiz birdir. Ona görə də bir qardaş digər qardaşı öz problemləriylə təkbaşına buraxmamalıdır".

Onun sözlərinə görə, azərbaycanlıların Türkiyəyə qoyduğu investisiyaların həcmi 10 milyard dollardan artıqdır: "Sadəcə, son iki ildə Azərbaycan şirkətləri Türkiyəyə 10 milyard dollar yatırım qoyub. "Socar"ın "Petkim"də, mənim şirkətim "Palmali"nin, çox sayda Azərbaycan şirkəti və iş adamının Türkiyədə böyük yatırımları var. Türk şirkətləri və işadamları da Azərbaycanda böyük işlər görür, milyard dollarlıq layihələr həyata keçirir".

Mənsimov sonda Ermənistanla sərhədlərin açıq olduğu ölkədə qalmayacağını bəyan edib: "Ermənistanla sərhəddi açıq olan ölkədə qalmaram. Türkiyədəki şirkətimi qapadaram. Eyni vəziyyət digər azərbaycanlı iş adamları üçün də keçərlidir. Amma Qarabağ problemi həll olunarsa, həm Türkiyə, həm də Azərbaycan tərəfindəki sərhədlər açılarsa, Ermənistan daxil hər kəs üçün yaxşı olar".

3 şərh

Write şərh
22/4/09 17:53 delete

Digər tərəfdən isə Mecidiyeköydə tikilən Trump qüllələrində 8 mərtəbəni satın alıb.

ÖZü də media personasına çox maraq göstərir. Bəlkə də, bu marağı çəkəcək marjinal addımları tez tez atdığı üçün: ilk Bugattini sınamaq, HSBC-nin binasını almaq, bu bəyanat, Trampın ilk müştərisi olmaq vs.

Reply
avatar
makla
AUTHOR
29/4/09 17:40 delete

Özünündə dediyi kimi halal qazandığı puludur xərcləyir :P

Reply
avatar
Jordans Nike
AUTHOR
6/11/14 11:14 delete This comment has been removed by a blog administrator.
avatar