SMS vasitəsilə başqasının telefonuna müdaxilə etmək mümkündür

Trust Digital şirkətinin mütəxəssisləri xəbərdarlıq edirlər: mobil telefon nömrəni digər şəxsə verərkən ehtiyatlı olmaq lazımdır. Tədqiqatçılar sübut ediblər ki, potensial bədəməl istifadəçi lazımi alət və bacarıq vasitəsilə adi SMS-ismarıc göndərməklə digərinin mobil telefonunun sistemini “sındıra” bilər.
http://www.eocean.com.pk/images/sms1.gif

Bu cür hücum üsulu onun müəllifləri tərəfindən Midnight Raid Attack (Gecəyarısı hücum) adlandırılıb. Belə adın səbəbi isə burada hücumun əsasən gecə saatlarında həyata keçirilməsi ilə bağlıdır ki, telefonun sahibi qurğunun yanında olmasın, məsələn yatmış vəziyyətdə. Hücum edən telefona servis ismarıcı göndərir, həmin ismarıc isə telefona veb-brauzerin işə salınmasına və onun xüsusi bədəməl sayta istiqamətlənməsi barədə komanda verir. Bundan sonra, həmin sayt telefona xaker proqram təminatı yükləməyi təqdim edir. Bu cür proqram təminatı, məsələn kontaktların və şəxsi məlumatların oğurlanması üçün nəzərdə tutulur, Cybersecurity yazır.
Bundan əlavə, Trust Digital tədqiqatçıları həmin hücum zamanı smartfona şəbəkə trafikinin qulaq asmaq imkanı yaradan xüsusi proqram təminatı yükləyə biliblər.
Şirkətdə, onların hücumlarının hələ ki konseptual xarakter daşıdığını və bir neçə vacib şərtlərlə qarşılaşdığını qeyd ediblər. Lakin tədqiqatçılar gələcəkdə, telefonlar daha funksional və sürətli olandan sonra, bu cür hücumların praktiki tətbiqini istisna etmirlər.

www.mincom.gov.az

1 şərh:

Write şərh
LEADS
AUTHOR
28/4/09 19:56 delete

I think you should make this blog into English so that everyone can understand what are you trying to tell. But the design is good..Good luck

Reply
avatar