Can ay avtomobil satan...


http://www.eylence.az/blogs/media/9_71.jpg

Düz bir il əvvəl ərizənin pul ilə baxıldığı Azərbaycan adlı bir məmləkətdə indi vəziyyət dəyişib. Ötən il çoxlarının işi yaxşı gedirdi, həmçinin avtomobil satanların da. Sən demə, işlər o qədər yaxşı gedirmiş ki, ərizənin baxılması xərci, bank xərci, sığorta haqqı, yüksək məbləğdə ilkin ödəniş və ən əsası 26-30% civarında olan kredit faizini müştərinin boynuna qoyurdular, müştəri incimirdi.

Bütün bunların qarşılığında isə avtomobil satanların, bankların və sığorta şirkətlərinin işi “yağ kimi” gedirdi.

Amma “mərdiməzar” qlobal maliyyə böhranı işləri fırıq etdi. İnsanlar xərcləmələrinə ehtiyatla yanaşmağa başladılar. Bir çox məhsullarla bərabər avtomobillərə də maraq azaldı və avtomobil satanlar müştəri uğrunda mübarizəyə başladılar. Onların vəziyyətdən çıxış yolu kimi ilk düşündükləri endirimlər oldu.

Amma endirim məsələsində 10 - 15%-dən artıq edə bilməyəcəklərini görüb, başqa yollara əl atdılar. Kredit faizlərini 17%-ə kimi endirdilər. Avtomobillərin dəyərinin yarısını ödəyənə digər yarısını faizsiz ödəmək təklif olundu.

Bir az keçmədi “0” faizlə kredit almaq təklif olundu. İndi avtomobil alan evinə avtomobillə bərabər qucaq dolu hədiyyə ilə qayıdır.

Əziz oxucu, soruş ki, bəs ən son yeniliklər nədən ibarətdir, mən də cavab verim. Bilmirəm son vəziyyəti gülməli adlandırım, yoxsa ağlamalı. Son yenilik ondan ibarətdir ki, avtomobil satanlar sığorta və bank xərclərini də özləri ödəyirlər.

Cibinə ilkin ödənişi etmək üçün bir az pul qoy, yollan avtomobil salonlarına. Qalan bütün xərcləri və işləri orada özləri həll edəcəklər.

Sənə sadəcə, istədiyin avtomobili seçmək qalır. Avtomobilin pulunu ödəyə bilməyəcəyinə görə də kefini pozma. Çünki kredit müddəti uzun, kredit faizi isə nisbətən aşağıdır. Bir sözlə, indi çox xərclər avtomobil satanın boynundadır. Burada deyərlər, can ay avtomobil satan...

mənbə: avtomobil.az

3 şərh

Write şərh
29/5/09 13:41 delete

Biz yavaş-yavaş köhnə sistemə qayıdırıq. Heç bir biznes zərərlə işləməz. 0 faiz kredit və 15% endirimlər çox da karlı deyil. Bunu bilirsiniz. Stok əritmək üçün atılan addımlar idi. İndi də kimin ki, 2007-2008 stokları qalıb, onlar 3 ilə qədər faizsiz kredit təklif edirlər, kimdə ki yaxşıdır, onlar bunu etmir.

Reply
avatar
12/6/09 11:15 delete

Müştəri kraldır :) Amma şirkətin krala möhtac olduğu dövrlərdə :)

Reply
avatar
makla
AUTHOR
19/6/09 09:58 delete

Mən hələ müştəri kimi Bakıda özünü kral kimi hiss edənini görməmişəm. Kral kimi yaşayanı var o ayrı söhbətdi ;)

Reply
avatar