Bayramınız mübarək..

15 İYUN - MİLLİ QURTULUŞ GÜNÜDÜR

«İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, prezident kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib».
«Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışmağıma, Azərbaycan kimi vətənim olduğuna, Azərbaycanı təmsil etdiyimə görə özümü həmişə xoşbəxt saymışam».
«Əmin ola bilərsiniz ki, Azərbaycanın sükanı etibarlı əllərdədir. Biz Azərbaycanı demokratiya yolu ilə ardıcıl surətdə irəliyə aparacağıq, ölkəmizin müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq, Azərbaycanın müstəqilliyini daimi edəcəyik».


Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri