Biznes Təlimçi Maykl Beng Bakıda yeni seminarlar keçirəcək



2009-cu il 29 – 30 iyun tarixində Bakıda ilk dəfə olaraq «Dünya böhranı şəraitində biznesi necə inkişaf etdirmək» və «Açıq Çıxışların Ustalığı» mövzularında seminarlar keçiriləcək.

Məhz bu məqsədlə Bakıya Qarant Sığorta və Bank of Azerbaijan şirkətlərinin dəvəti ilə dünya səviyyəli peşəkar, Avropada satış treninqləri üzrə 1№-li mütəxəssis, idarəetmə sahəsində əldə olunmuş nailiyyətlərə görə dəfələrlə mükafatlar alan və “Dünyanın ən yaxşı satıcısı” beynəlxalq tituluna sahib olan Maykl Beng gəlir.


Qarant Sığorta və Bank of Azerbaijan şirkətlərinin Azərbaycan biznes cəmiyyəti üçün bu cür miqyaslı tədbirin keçirilməsində məqsədi yeni ideyalar və bacarıqları praktiki öyrətmək yolu ilə Azərbaycan şirkətlərinə ümumdünya iqtisadi böhrandan daha asanlıqla və tez çıxmağa real kömək göstərməkdən ibarətdir.

Arayış:

Maykl Beng
Panasonic, Heineken, Nestle, Whirlpool, Toyota, Toshiba, Renault, Volvo, Land Rover və Unilever kimi bir çox dünya üzrə məşhur şirkətlərin heyətinin öyrədilməsi ilə məşğul olub. Yalnız son 3 il ərzində Maykl Benq 30 000 menecer üçün 500 treninq keçirmişdir.

2006 və 2007-ci illərdə Maykl Bengin Bakıdakı treninqləri böyük uğurla keçmişdir, və bu treninqlərdə Azərbaycan və Gürcüstanın 80 şirkətini təmsil edən 600 nəfərdən çox insan iştirak etmişdir.

Maykl Bengin seminarları ən qısa müddət ərzində maksimal nəticələrə nail olmaq arzusunda olanlar üçün işlənib hazırlanmışdır.

Məqsədli auditoriya:

- Biznes sahibkarları və şirkətlərin səhmdarları
- Şirkətlərin idarə heyətləri
- Satış və marketinq üzrə müdirlər
- Maliyyə məsələləri üzrə müdirlər və baş mühasiblər
- Satış və müştərilərə xidmət şöbələrin işçiləri.

Seminarların özəlliyi ondan ibarətdir ki, iştirak xərcləri «Qarant Sığorta» və «Bank of Azerbaijan» şirkətləri tərəfindən TAM ÖDƏNİLİB, bu səbəbdən seminarlar BÜTÜN İŞTİRAKÇILAR ÜÇÜN PULSUZDUR!!!

Yerlərin məhdud olması ilə əlaqədar olaraq, seminarda iştirak yalnız təşkilatçılar tərəfindən xüsusi dəvət almış şirkətlər və öz ərizələrini daha tez təqdim etmiş və təşkilatçılar tərəfindən təsdiq olunmuş şirkətlər üçün mümkün olacaq.

Təşkilati dəstək - “Successful Strategies” şirkəti.

Telefon: (994 12) 437 58 50, 430 85 17, (994 50) 208 60 54

Email: info@sss.az

Seminarların sonunda iştirakçılar beynəlxalq səvyyəli sertifikatlar alacaqlar.

Seminarların tarixi və vaxtı: 29 – 30 iyun 2009-cu il (10.00-dan 18.00-dək)

Keçirilmə yeri – ZQAN Plaza