“British Airways” öz işçilərinə qeyri-adi təklif edib

http://www.fhr-net.co.uk/imgs/news/new_entertainment_on_ba_flights.jpg
Əməkdaşlara göndərilən məktublarda "ya ödənişsiz məzuniyyətə çıxın, ya bir ay pulsuz işləyin" deyilir

“British Airways” şirkəti 30 min işçisinə göndərdiyi elektron məktublarda onlardan ödənişsiz məzuniyyətə çıxmağı və yaxud 1 ay təmənnasız işləmək təklif edib. ANS PRESS-in “BBC”- yə istinadən verdiyi məlumata görə, şirkətin rəhbəri Villi Uolş iyul ayında alacağı 61 min funt əmək haqqından artıq imtina edib.

Xatırladaq ki, ötən ay “British Airways” şirkəti 401 milyon funt sterlinq itkiyə məruz qalıb.