Çoxlarının tanımadığı İran


İranda baş verənlər dünya ictimaiyyətini bu ölkəyə yeni nəzərlə baxmağa vadar edib. İslam Respublikası adını daşıyan ölkə rəhbərliyinin dini libasları ilə küçələrdə ən müasir geyimdəki cavanlar arasındakı təzad, çoxları üçün tam yenilik oldu. Üstəlik, bu gənclərin müasir texnologiyalardan sərbəst və səlist istifadə etməsi, İranın çoxlarına bəlli olmayan həqiqətlərini üzə çıxardı.
Bilirsinizmi ki, İranda hər gün 8 milyon sms göndərilir? 1979-cu ildə ölkədə 850 telefon nömrəsi vardı. 2008-də isə 24 milyon.

73 milyon iranlının 60 faizi, yəni 41 milyonu cib telefonuna malikdir. Cəmi 3 il əvvəl isə 7 milyonun belə telefonu var idi.
İranda 2006-cı ildə 100 min blogger vardı. İndi ən azı 300 min bloger fəaliyyət göstərir.
Yaşı 30-a çatmayanlar İran əhalisinin 70 faizini təşkil edir.
İranın əsas şəhərlərində məşhur qərb dizayner mağazalarının filialları var. Manqo burada özünün ilk dükanını mart ayında açıb və daha 9-nu açmağı planlaşdırır.
İran dünyanın burun plastik cərrahiyyəsinin paytaxtı adlanır. Hər il təxminən 35 min iranlı burunlarına düzəliş edir.
İranda kosmetika məhsulları bazarı 2005-ci ildə 800 milyon dollar idisə, hazırda bundan 150 milyon dollar çoxdur.
2007-ci ildə, spirtli içkilərin qadağan olunduğu ölkədə, elə İran vətəndaşlarından 40 milyon litr içki müsadirə olunub.
BMT-nin Dünya Narkotik Hesabatına əsasən, İran əhalisinin 2.8 faizi tiryəkdən istifadə edir.
Lalə Sadiq İranın ilk qadın ralli avtomobil sürücüsü olub. O İran qanunlarında boşluq aşkar edərək, kişi sürücülərlə yarışmaq imkanı qazanıb və onları məğlub edərək, çempion olub.

yazı: mənbə
fotolar: google images