EDELWEISS residence

De Luxe kateqoriyalı çoxmərtəbəli kompleks.

EDELWEISS - çox nadir, əlçatmaz bir güldür. Xoşbəxtlik və məhəbbət rəmzi sayılan bu gülü öz sevgililərinə hədiyyə etmək üçün mərd igidlər uca dağların zirvəsinə qalxarmış. Laçın qayalarda bitən bu nəcib çiçəyi dərmək hər insana qismət olmur.
Bu mənada EDELWEISS adı yeni 5-ulduzlu kompleksin ruhunu, elit xarakterini, yüksək sosial statusunu tam dəqiqliklə əks etdirir. Əlbəttə, öz "şəxsi" adı olan binada mənzil və ya ofis sahibi olmaq - yüksək prestij göstəricisidir. Ünvanınızı başa salmağa ehtiyac yox - sadəcə EDELWEISS residence adını çəkmək kifayətdir, çünki 3 göydələnin qülləsi ən uzaq nöqtələrdən belə görünəcək.

Mehdizadə küçəsi 16 ünvanında məskunlaşan yeni 5-ulduzlu yaşayış kompleksinin yeri şəhərin ən gözəl, ən cazibəli güşələrindən biridir - həm Bakının mərkəzi, həm də dəniz sahili. Xəzərin təmiz havası, ləpələrin pıçıltısı, əsrarəngiz panorama, xəyallara aparan sakitlik... - rahat həyat üçün insana daha nə lazımdır?Modern stilində düşünülmüş 5-ulduzlu kompleks memari və rəng həllinə görə dalğaları xatırladır, və bu səbəbdən dənizin kənarında yerləşən EDELWEISS residence ətraf mühitlə ideal vəhdət təşkil edir.
EDELWEISS residence kompleksinə 3 bina daxildir - 43-mərtəbəli Biznes-mərkəz və iki 36-mərtəbəli yaşayış binası.
Hər binanın öz portal girişi və möhtəşəm vestibülü var. Bütün mərtəbələrdə yalnız 2 mənzil yerləşir: 1-otaqlıdan 7-otaqlıyadək. Öz növbəsində, hər mərtəbənin də öz hollu var.