L'Oreal, irqçilikdən günahkar sayıldı

http://ethicalstyle.com/wp-content/uploads/loreal-hair-care.jpg
Fransada Yüksək Məhkəmə, L'Oreal'in "Çünki buna dəyərsiniz" şüarıyla reallaşdırılan şampun reklamında irqi ayrı-seçicilik edildiyinə qərar verərək, kosmetik şirkətini 30 min Avro pul cəzasıyla cərimə etdi. Məhkəmə, məhsulun təqdimatı üçün istifadə edilən bütün manekenlərin ağlardan meydana gəlməsini tənqid edərək, "Qara, Ərəb və Asiyalı qadınların ağlar qədər qiymətli olmadığı" mesajı verildiyini qeyd etdi. L'Oreal'in gözəllik vahidi Garnier tərəfindən inkişaf etdirilən saç baxım məhsulu Fructis Stylenin təqdimatında vəzifələrini icra edən manekenləri seçən insan qaynaqları şirkəti Adeccoya da 30 min Avro pul cəzası verildi.

Qlobal reklam kampaniyalarına milyonlarla dollar xərcləyərək, Andiya MacDowell, Eva Longoria, Penelope Cruz və Claudia Schiffer kimi dünyada ən məşhur adlarla çalışan L'Oreal'in irqçilikdən günahkar olması qrupun imicinə mənfi təsir edəcəyi bildirilir.