Məhsulun fərqi yoxdur, əsas markanı qorumağı bacar!

Məşhur Amerikalı rejissor Ridley Scottun filmi "American Gangster"də maraqlı bir dialoqa rast gəldim.
Baş rollarını Denzel Vaşinqton və Russel Crowenin paylaşdıqları film Vyetnam Döyüşü illərində keçir. Narkotik baronu Frank Lucası tutmağa çalışan dedektif Richie Robertsenin hekayəsindən bəhs edir.

Frank Lucas (Denzen Vaşinqton) Vyetnam Döyüşü zamanı uzaq şərqdən hərbi təyyarələrlə gətirdiyi saf narkotiki New Yorkda satır və narkotik paketlərinin üzərinə Blue Magic - Mavi Cadu brendini yapışdırır.

Bazardakı digər yarı saf, keyfiyyətsiz narkotik ilə eyni qiymətə bəzən daha da ucuza satır. Hər kəs bu saf narkotiki almaq üçün sıraya girir və Frank Lucas birdən bazar lideri olur. Ancaq Blue Magici alan Nicky Barnes (Cuba Gooding Jr.) narkotikin safını pozub daha çox satmaq istəyir. Bunu öyrənən Frank Lucas markasını qorumaq naminə Nicky Barneslə haqq-hesab çəkməyə gedir və aşağıdakı maraqlı dialoq yaranır:
Nick - Xoş gəldin, Frank.

Frank Lucas - İşlər necədir, Nick?

Frank Lucas - Danışmalıyıq.

Nick - Təbii ki, gəl içəri.

Nick - Əla! Hamı yaxşı, hamı xoşbəxtdir Charlie, Baz, İtalyanlar, Johnny Law. Sən xaric hər kəs xoşbəxtdir!

Frank Lucas - Qüsursuz bir şeyi niyə götürüb bərbad etdiyini anlaya bilmirəm.
Bax, marka, markanın bir mənası vardır, anlayırsanmı?

Nick -Mavi Cadu!

Frank Lucas - Bu bir markadır. Pepsi kimi, bu da bir markadır. Bu markanın arxasında mən varam, zəmanətini mən verirəm. Məni McDonaldsın İdarə Heyətinin Başçısı qədər tanımasalar da, bu markanı tanıyırlar.

Nick - Sən nədən bəhs edirsən?

Frank Lucas - Bəhs etdiyim, mənim malımı götürüb, keyfiyyətini istədiyin nisbətdə saldıqdan sonra markanı hələ "Mavi Cadu" olaraq adlandırmağındır! Buna marka pozuntusu deyilir, başa düşdün?

Nick - Bağışla məni, Frank. Bir şeyi satın aldığımda o mənə aid olur.

Frank Lucas - Xeyr, bu doğru deyil.

Nick - Satın aldığım avtomobili istədiyim rəngə rəngləyərəm.

Frank Lucas - Amma məcbur deyilsən, söyləmək istədiyim də budur. Mal onsuz da çox keyfiyyətlidir. Bu halıyla və Mavi Cadu adıyla kifayət qədər qazanarsan. Bundan çoxu acgözlük olar, övlad.

Nick - Nə istəyirsən, Frank? Adınımı dəyişdirim?

Frank Lucas - Qətiliklə, bunda israr edirəm.

Nick - Problem yoxdur. Mən də "Qırmızı Cadu" deyərəm.

Frank Lucas - Qulağa çox xoş gəlmir amma nə ad qoyursansa qoy. İstəsən zincir taxıb, mavi it p*xuda de vecimə deyil. Yetər ki, səni bir daha bunu edərkən tutmayım.

Nick - "Tutmaq", "pozuntu", "israr" Bu sözlərdən xoşlanmıram. Əgər klubuma dəvətsiz gəlirsənsə, doğru sözlər "xahiş edirəm", "təşəkkür edirəm", "narahat etdiyim üçün təəssüf edirəm, Nicky" olmalıdır.


Film haqda dolğun məlumat.

3 şərh

Write şərh
20/6/09 17:27 delete

Super!

NArkotik belə marka ilə satılır...

Bir kinoya da marketinqçi gözüylə baxan qardaşlar var deyirəm :)

Reply
avatar
makla
AUTHOR
22/6/09 09:22 delete This comment has been removed by the author.
avatar
23/6/09 10:55 delete This comment has been removed by a blog administrator.
avatar