OMV Gas & Power Bakıya gələ bilər

http://core.wraconferences.com/admin/?cmd=ShowAsset&assetID=1629&nosurround=true
Avstriyanın "OMV Gas & Power" şirkəti Azərbaycanda yanacaqdoldurma stansiyaları tikə bilər. Bu barədə "OMV Gas & Power" şirkətinin Azərbaycandakı nümayəndəliyinin mətbuat katibi Leyla Məmmədli məlumat verib. Onun sözlərinə görə, "OMV Gas & Power" şirkəti Azərbaycanda iki ilə yaxındır fəaliyyət göstərir və əsas vəzifəsi "Nabucco" layihəsinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, Avstriya şirkəti bu layihənin səhmdarları sırasındadır: "Bu iki il ərzində biz Azərbaycanın müvafiq qurmları ilə yalnız "Nabucco"ya dair danışıqlar aparmışıq. Lakin layihə həyata keçirilərsə bizim şirkət Azərbaycanda bir sıra digər layihələrdə də iştirak edə bilər. Bunların sırasında məsələn təbii qazın hasilatı, ixracı və yanacaqdoldurma stansiyalarının inşası da ola bilər. Bu işlərin yalnız ikitərəfli danışıqlardan sonra həyata keçirilməsi mümkündür".

APA