ZEN Bakıda Butik açacaq

http://www.alyans.cc/M/KullaniciDosyalari/zenn.jpg
Türkiyənin brilyant bəzək əşyalarının istehsalı və satışı ilə məşğul olan «Zen Pırlanta» şirkəti yaxın perspektivdə Azərbaycanda satış mağazasını açmağı planlaşdırır.

Türkiyədə 21 mağaza, xaricdə isə 18 mağazadan ibarət satış şəbəkəsi ilə fəaliyyət göstərən «Zen Pırlanta» şirkəti «25 ildə 1000» aksiyası çərçivəsində dünyanın müxtəlif ölkələrində «Brilyant butiki» açmağı qarşıya məqsəd qoyub. Yaxın perspektivdə bu mağazalar şəbəkəsi Bakı, Nyu-York, Barselona, Madrid, London, Bəhreyn, Sofiya, Frankfurt, Berlin, Məkkə, Lefkoşa və Milan şəhərlərini əhatə etməklə genişləndiriləcək.