
320 hektar sahəyə malik olan "Agalarov Estate"də gözəl yaşayış evləri, qolf üçün sahələr, tennis kortları və hovuzlar var
Rusiyada yaşayan Azərbaycan əsilli milyonçu Araz Ağalarov növbəti dəfə Rusiyanı heyrətləndirib. Bu dəfə onun Novorijsk şossesindəki istirahət üçün yeni mərkəzi qonaqlarının təəccübünə səbəb olub.
320 hektar sahəyə malik olan "Agalarov Estate"də gözəl yaşayış evləri, qolf üçün sahələr, tennis kortları və hovuzlar var. Burada hətta qayıqla gəzintiyə belə çıxmaq mümkündür. Kompleksdə hətta restoran da fəaliyyət göstərir.
Rusiya mətbuatı bu kompleksin beynəlxalq standartlara uyğun olan ən yaxşı layihə olduğunu yazır.
Qeyd edək ki, Araz Ağalarov Rusiyada artıq bir necə möhtəşəm layihənin müəllifidir. ANS Press
E-mail vasitəsilə abunə olun
ConversionConversion EmoticonEmoticon