Azərbaycan şirkəti Bodrumda istirahət zonası tikəcək

http://www.gobodrum.com/photos/bodrum.jpg

Bunun üçün 35 sot torpaq sahəsi alınıb

Azərbaycanın BBK turizm şirkəti Türkiyənin Muğla vilayətinin Bordum qəsəbəsində iri torpaq sahəsi alıb. Lent.az-ın “haberturk”ə istinadən məlumatına görə, həmin ərazi Bodrumun turizm cənnəti sayılan Kisəbükü massivindədir.

Daşınmaz əmlak ticarəti ilə məşğul olanlar 35 sot ərazinin qiymətinin milyardlarla dollara bərabər olduğunu bildirirlər. Alqı-satqı bu il iyununda həyata keçirilib. Turizm Nazirliyinin regional şöbəsi ərazidə turizm və istirahət mərkəzinin qurulmasına icazə verib.

Bu əraziyə indiyədək dünyanın milyarderləri sırasında adı olan Bill Qeyts, Roman Abromoviç özəl yaxtaları ilə gəliblər.