Azərbaycanda reklam terminləri

Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin əmtəə, iş və xidmət bazarında reklam istehsalı, yerləşdirilməsi və yayımı prosesində meydana çıxan münasibətləri tənzimlənməsindəki əsas anlayışlar asağıdakı mənaları daşıyır:



“reklam” — fiziki və hüquqi səxslər, əmtəə, ideya və yeniliklər (reklam informasiyası) haqqında maraq formalasdırmaq və ya bu marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata keçirilməsinə kömək göstərmək məqsədi ilə yayılan informasiya;
“sosial reklam” — qeyri-kommersiya xarakteri dasıyan Azərbaycan Respublikasının müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin, həyata keçirilən islahatların mahiyyətinin açıqlanması və genis xalq kütləsinə çatdırılan, Azərbaycan Respublikasının müstəqilliyinə qarsı biganəliyə qarsı barısmazlıq, milli, hərbi vətənpərvərlik hissini gücləndirən, ictimai süuru yeni iqtisadi münasibətlərə uyğunlasdıran, sahibkarlıq və xeyriyyəçilik kimi milli ən`ənələri bərpa edən, əhalidə nikbinlik, gələcəyə inam, təmkinlik ovqatlarını formalasdıran, siyasi, sanitariya, ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi məqsədi ilə dövlət orqanları, ictimai institutlar tərəfindən sifaris olunan və istənilən reklam dasıyıcıları ilə yayılan informasiya;
“yolverilməz reklam” — yanlıs, qeyri-etik, bilərəkdən yalan, həmçinin məzmunu, yayılma yeri və üsulu baxımından qanunvericiliklə nəzərdə tutulan tələbləri pozan reklamdır;
“əksreklam” — yolverilməz reklamın təkzibi və onun doğurduğu nəticələri aradan qaldırmaq üçün yayılan reklamdır;
“reklam istehlakçısı” — nəticə e`tibarilə ona tə`sir edən, yaxud edə bilən reklam mə`lumatı nəzərinə çatdırılan fiziki və ya hüquqi səxsdir;
“reklam dasıyıcısı” — mülkiyyət formasından asılı olmayaraq, reklamın istehlakçıya bilavasitə çatdırılması üçün istifadə olunan (kütləvi informasiya vasitələri, kino, audio, video və nəsr məhsulları, stasionar, mobil və digər texniki qurğu və avadanlıqlar) istənilən vasitədir;
“reklam sifarisçisi” — reklamın istehsalı, yerləsdirilməsi və yayılması üçün reklam informasiyasının mənbəyi olan fiziki və ya hüquqi səxsdir; “reklam istehsalçısı” reklam informasiyasını yayım üçün tam və ya qismən hazırlayan fiziki və ya hüquqi səxsdir;
“reklam yayıcısı” — əmlakdan, o cümlədən kütləvi informasiya vasitələrindən, istifadə və ya onun istifadəyə verilməsi yolu ilə və digər üsullarla reklamı yerləsdirən (yayan) fiziki və ya hüquqi səxsdir;
“reklam agentliyi” — hüquqi səxs olan, reklam istehsalı və yayımı ilə bağlı kompleks xidmətlər göstərən pesəkar təskilat;
“sponsorluq” — könüllü təmannalı pul və maddi yardımın və ya pulsuz xidmətlərin göstərilməsidir;
“oferta” — müqavilə bağlamaq niyyətində olan səxsin bir və ya bir neçə konkret səxsə ünvanlanan, müqavilənin mühüm sərtləri göstərilən və bu səxsin təklifinə cavab verən hər bir səxslə onun müqavilə bağlamaq iradəsində olduğunu göstərən təklifdir.