Bakı sahillərində süni adalar yaradılacaq


Xəzər dənizinin Bakı sahilləri yaxınlığında süni adaların yaradılması nəzərdə tutulur.

Bu barədə hökumətdəki mənbələrdən məlumat verilib.

İlk mərhələdə nümunə olaraq Bakıdan 4-5 km aralıda bir neçə adanın yaradılması planlaşdırılır. Turizmi inkişaf etdirmək məqsədi ilə yaradılacaq bu adalar Bakı ilə birbaşa avtomobil yolu vasitəsi ilə əlaqələndiriləcək. Həmçinin, bu adalara gəmi vasitəsi ilə gediş-gəliş mümkün olacaq.

Hazırda süni adaların layihəsi üzrə iş aparılır. Mənbənin məlumatına görə, bu adalar adı açıqlanmayan xarici şirkətlər tərəfindən qurulacaq.

Qeyd edək ki, bununla yanaşı hazırda «Eurocity» Şirkətlər Qrupu tərəfindən Xəzər dənizində yerləşən Zirə (keçmiş Nargin) adasında ekoloji kurort kompleksinin yaradılmasını nəzərdə tutan «Zirə Sıfır İxrac Adası» layihəsi üzrə iş aparılır.

APA Economics