Kiçik büdcəli Kreativ düşüncəli iş necə olur?

Artıq qeyri adi kreativ bilbord, poster, afişalar görməyə o qədər alışmışıq ki, yeni bir şeylər etmək çox çətin olubdur bugünkü gündə. Ancaq bəzən qarşımıza sadə bir ideya ilə elə yaradıcı işlər çıxır ki. Hələ görüb-götürüləsi çox şeylərin olduğunu anlayırsan.

Saatchi & Saatchi Jakarta, çox adi görünəcək bir işdən elə bir mükəmməl idea formalaşdırıbdır ki. Əhsən, əla. Çox bəyəndim. Həm də çox təəsüfləndim axı nə üçün mən və yaxud ətrafımdakı kreativ peşənin sahiblərinə belə ideaları həyata keçirməyə şərait yaratmırlar?

Nə isə, keçək reklama deməli reklamda bir itin şəkli böyük alış veriş mərkəzinin döşəməsinə vurulubdur və yuxarıdan baxıldıqda insanlar - birə kimi itin üzərində dinamik bir obyekt kimi istifadə olunubdur. Posterdəki qaşınan itin yanında isə "İtinizi onlardan uzaq tutun!" sloganı yazılıbdır. Frontline şirkətinin sifarişi ilə hazırlanan reklam büdcəsi az ancaq ideası bol olan firmalarında reklamla böyük təsir gücünə malik olduğunu göstərir.