Bu zaman Yahoo bunun əvəzinə hər iki şirkətin resurslarında əsas reklam verənlərə axtarış reklamı satmaq imkanı əldə edəcək. Bu istiqamətdə daxil olan gəlirin Microsoft və Yahoo arasında bölünəcəyi planlaşdırılır.

“Bu razılaşma Yahoo, bizim istifadəçilər və ümumiyyətlə bütün sənaye üçün faydalı olacaq. Və mən inanıram ki, razılaşma yeni innovasiya və internetin inkişafı erasının əsasını qoyacaq. İstifadəçilər bundan sonra da axtarışdan Yahoo-nun bütün saytlarının ayrılmaz hissəsi kimi faydalanacaq və saziş nəticəsində əldə olunan yeni texnologiyalardan istifadə edə biləcəklər”, - deyə Yahoo-nun icraçı direktoru Kerol Barts qeyd edib. Microsoft isə Yahoo ilə bağlanılan sazişin onun Google-la rəqiblik baxımdan mövqelərini möhkəmləndirəcəyinə inanır.
// Mincom
E-mail vasitəsilə abunə olun
ConversionConversion EmoticonEmoticon