Nuray - Fəxriyyə Xələfova özü yaratdığı ətirə ad seçib

Fəxriyyə Xələfova özü yaratdığı ətirə ad seçib
Onun adı və üzərində kimin əksinin yer alacağı maraq doğururdu. Özü buna aydınlıq gətirdi: "Düşündüm ki, ətriyyatın özü ilə yanaşı, gözəl də reklamı olmalıdır. Bir neçə ideyam var. Çox sevinirəm ki, indiyə qədər məni tanıyır və qəbul edirlər. Amma etiraf edim ki, hələ brendimi, reklamımı ifadəli şəkildə təqdim eləməmişəm. Əslində, buna zərurət də olmayıb. Mən geyim və ətriyyat istehsalçısı kimi təqdim ediləndə reklama ehtiyac olacaq. Hələlik zahiri görünüş baxımından bu imkanım var. Ona görə də ilk ətriyyatımın reklam sifəti özüm olacağam. Yaxın günlərdə təcrübə şəkilləri çəkdirəcəyəm".

Modelyer Fəxriyyə Xələfova sonuncu sözləri ilə bir qədər əvvəl yayılan xəbərə də aydınlıq gətirir. Ətriyyatın adı ilə bağlı üzərində "Eurovision-2009"un iştirakçısı Aysel Teymurzadənin əksinin yer alacağı barədə xəbərlər dolaşırdı. Lakin Fəxriyyə xanım bunların şayiədən ibarət olduğunu dilə gətirərək Ayselə belə bir təklif olmadığını bildirir.

Söhbətin davamını başqa istiqamətə yönəldən Fəxriyyə xanım deyir ki, İtaliya və ya Fransada çalışsaydı, bəlkə də, bəzi işlərinin ifadəsi çox fərqli olardı: "Bizdə qeyri-adi görüntülər o qədər də qəbul olunmur. Fəxriyyə Xələfovanın birdən-birə dəyişməsinin maraqlarıma, yoxsa ziyanıma işləyəcəyini bilmirəm. Yenə də bunu təcrübədən keçirməliyəm. Bir az ictimai qınaq obyektinə çevrilmək istəmirəm.