Reklamlarınızı anti reklama döndərmək istəmirsiniz?

http://th04.deviantart.net/fs41/300W/i/2009/028/e/1/five_by_davespertine.jpgReklamlarınızda aşağıda yazılan beş sözdən istifadə etməyiniz təhlükəli sayılır.

1- Keyfiyyət
2- Dəyər
3- Xidmət
4- Maraq
5- Dürüstlük

Səbəbləri də belə sıralanmışdır;

1- Keyfiyyət:
Alınmağa dəyər hər məhsul ya da xidmət keyfiyyətlidir. Alıcılar, qiymətə görə, keyfiyyətin də gələcəyini bilərlər. Ayrıca keyfiyyət bütün firmalar tərəfindən o qədər istifadə edilmişdir ki, yalnız boş 6 hərf halına gəlmişdir.



2- Dəyər:
Eynilə keyfiyyət kimi, dəyər də qiymətə asılı olaraq dəyişməkdədir və alıcılar alışı edərkən, dəyərin nə olduğunu bilməkdədirlər. Hər məhsul və ya xidmətin, özünə xas dəyər bərabərliyi vardır. Buna görə "ən qiymətlini biz təqdim edirik" tamamilə havada qalacaq bir iddiadır.

3- Xidmət:
Heç "biz pis xidmət veririk" deyən bir reklam gördünüzmü? Bu səbəbdən daha yaxşı xidmət vədi, alıcı baxımından heç bir məna ifadə etməyəcək.

4- Maraq:
Həqiqətən firmanızın, rəqiblərinə görə müştərilərinə daha çox maraq göstərdiyinəmi inanırsınız? Bunu söyləmək yaxşı gələ bilər amma, ictimaiyyət gözündə uçuşan sözdür yalnız. Rəqibiniz müştərilərinə maraq göstərməzsə necə ayaqda qala bilər? Ayrıca, rəqibə görə daha əlaqədar olduğunuzu necə isbat edə bilərsiniz?

5- Dürüstlük:
Dürüstlük onsuz da hər firmada olması lazım olan bir şeydir. Bunu elan etmənin necə bir mənası ola bilər ki? Ya həqiqətən dürüst deyilsiniz, bir şey saxlayırsınız, dürüst olduğunuzu söyləyərək bunu gizləyirsiniz ya da -bir az ayıb amma- rəqibinizə görə daha yüksək həyat standartlarınız olduğunu eyham edirsiniz."

Rəqabət üçün əlinizdə çox şey yoxdursa yəni "daha"nın yanına bir şey qoya bilmirsinizsə, bu beş sözün hələ ən yaxşı alternativlər olduğunu düşünürəm. Əgər "daha" hələ boşdursa; daha ucuz, daha fərqli, daha maraqlı, daha faydalı, daha qısa..

bu məqaləni, nə vaxtsa hardansa tərcümə edib saxlamışam. təəsüf source verə bilməyəcəm.müəllifi mən deyiləm, maklayaq.com-a heç bir əlaqəsi yoxdur.

3 şərh

Write şərh
23/7/09 12:56 delete

Qəşəng məqamdır. Amma düzü ekstra bir şey yoxdur.

bu sözlər hamısı nisbi anlayışlardır. Əsas məsələ istehlakçının bundan nə anladığıdır. Şirkət mənim dəyərdən anladığımın nə olduğunu çözməli, onu təqdim etməlidir. Kommnikasiyada da ona vurğu etməlidir. O zaman şirkətin dəyərli olduğuna qərar verərəm. Heç dəyər sözü istifadə olunmasa da. Üstəlik bu sözlər artıq reklamlarda vs. çox istifadə olunub. Bir növ bayağılaşıb.

Keyfiyət üçün 6 hərfli söz dediyinə görə türk məqaləsidir:)

p.s. Məsələn belə sözlərdən biri - peşəkarlıq. Şirkətimiz üçün seçdiyim açar söz məhz budur. amma heç yerdə istifadə etməyəcəm ki, qoy kanallar vasitəsilə bizi tanıyanların özləri o qərara gəlsinlər.

Reply
avatar
makla
AUTHOR
23/7/09 15:52 delete

Razıyam bu yazını demək olar hər marketinglə bağlı açılan mənbədə - jurnal, blog, sayt hər bir yerdə görmək olar. Məndə Keçən il iyunda yazıb drafta save etmişəm.

Oxuyub, təhlil etdiyin üçün sağol.

Reply
avatar
Jordans Nike
AUTHOR
6/11/14 11:14 delete This comment has been removed by a blog administrator.
avatar