
Səhmdarların iclası zamanı həmçinin bankın İdarə Heyətinin tərkibinin dəyişdirilməsi də müzakirə ediləcək, məlumatda deyilir.
Azərdəmiryolbank 1989-cu ildə təsis edilib. Bankın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya maliyyə İnkişaf Şirkəti (FMO) var. Paytaxt Bakıda və regionlarda bankın 31 filialı və şöbəsi fəaliyyət göstərir.
Azərbaycan bankı Azərdəmiryolbank-ın aktivləri 2009-cu il iyulun 1-də 215,4 milyon manat təşkil edib ki, bu da ötən ildəki göstəricini 11,9 milyon manat və ya 5,9 faiz ötür, bu barədə bankın məlumatında deyilir. Bankın kredit portfelinin həcmi il ərzində 6,8 faiz artaraq 163,5 milyon manat təşkil edib.
Cari ilin iyul ayının 1-də Azərdəmiryolbank-ın kapitalının həcmi 39,7 milyon manata, nizamnamə kapitalı isə 13,4 milyon manata çatıb. Trend
E-mail vasitəsilə abunə olun
ConversionConversion EmoticonEmoticon