Bakıya yeni Mercedes S-Class modeli gətiriləcək

http://www.wintonsworld.com/cars/a-cars-2005/2005-carpics/frankfurt-2005/mercedes-s-class-1f.jpg

Yaxın günlərdə Bakıya Mercedes S-Class modelinin yeni versiyası gətiriləcək. Avtomobillər Azərbaycana müştərilərin sifarişi ilə gətirilir.
AutoStar Caucasus ltd. (Mercedes-Benz-in Azərbaycanda rəsmi distribüteri) şirkətindən Turan-a bildiriblər ki, yenilənmiş model əvvəlkindən salonda komfortun səviyyəsi və idarə edilmədəki tapıntılarla fərqlənir. Avtomobilin görünüşündə də fərq var.
Yeniliklərdən biri maşının önündə qurulan monitordur. Müxtəlif prizmalardan monitorda müxtəlif videotəsvirlər görmək olar. Sürücü onda yolu, sərnişin isə, məsələn, kino görəcək.

Sentyabr-oktyabrda şirkət GL-Class-ın yenilənmiş versiyasının gətiriləcəyini gözləyir.

Rəsmi distribütordən başqa, Azərbaycanda Mercedes-Benz-in iki dileri var. Biri Bakıda (2 avtosalon) və biri Gəncədə. AutoStar Caucasus ltd. şirkətində dedilər ki, 2008-ci illə müqayisədə avtomobil satışı bir neçə dəfə azalıb. Amma son aylarda vəziyyət qusmən sabitləşib və hər ay təxminən eyni sayda avtomobil satılır. Amma nə qədər - bu rəqəmi deməyiblər. // Turan

1 şərh:

Write şərh
22/8/09 10:45 delete

Bilmirəm özün bu maşın haqqında oxumusan ya yox, amma hələlik görsənən odur ki, bu maşın mükəmməldir. Bugünə kimi heç vaxt olmayan qədər mükəmməl.

Reply
avatar