İki ekranlı noutbuk satışa çıxarılır


ABŞ-ın “gScreen” şirkəti iki tamfunksiyalı 15,4 düymlü displeylə təchiz olunmuş “Spacebook” adlı noutbuk hazırlayıb.

Lent.az-ın Rabitə və İnformasyia Texnologiyaları Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, adi vəziyyətdə “Spacebook” noutbukunun ekranları bir-birinin arxasında qalır və istifadəçi yalnız bir əsas displeylə işləyir.

Ehtiyac olduğu halda xüsusi mexanizm MK - panelləri yanlara ayırır və belə vəziyyətdə ekranın iş səthi iki dəfə böyüyür.

Portativ kompüterin əsasını iki nüvəli və 2,26 QQs tezlikli “Intel Core 2 Duo P8400” prosessoru təşkil edir. Noutbukun baza komplektasiyasında operativ yaddaş həcmi 4 Qb, sərt disk həcmi isə 320 Qb təşkil edir.

Xatırladaq ki, iki ekranlı portativ kompüter “Lenovo” şirkəti tərəfindən də təqdim olunur. Lakin bu noutbukun displeyləri müxtəlif ölçülərdədir. “Lenovo” noutbukunun əsas panelinin diaqonalı 17 düym, sağ yuxarı hissədən açılan köməkçi panelin diaqonalı isə 10,6 düym təşkil edir.