İlk internet-avtobus yaradılıb

http://esciencenews.com/files/images/20080728336300.jpg
Avstraliyada gediş zamanı sərnişinlərə Qlobal Şəbəkəyə çıxış imkanı təqdim edən ilk internet-avtobus yaradılıb. i-Commute adlandırılan bu qeyri-adi avtobus eksperiment çərçivəsində yarım il Adelaida şəhərində marşrut üzrə hərəkət edəcək. Sərnişinlər marşrutun gedişini iki maye kristal monitorda izləmək və eyni zamanda yeni xəbərlərlə tanış olmaq imkanı əldə edəcəklər. Buradakı Bluetooth modulları isə oyunlar üçün mobil qurğular və məlumat mübadiləsi üçün nəzərdə tutulub.
i-Commute avtobusunun işlənib hazırlanmasına 1,5 il vaxt tələb olunub. Onun yaradılmasına 400 min ABŞ dollarından çox məbləğ xərclənib, Lenta yazır. Bununla belə qeyd etmək lazımdır ki, bu, dünya üzrə heç də ilk internet-avtobus deyil. Belə ki, hələ 2007-ci ilin əvvəlində Google şirkətinin korporativ avtobusları internetə çıxışla təmin olunmuşdur və əməkdaşlar artıq işə gedərkən öz vəzifələrini yerinə yetirmə imkanı qazanmışdır. 2007-ci ilin yaz aylarında Oksfordda OxfordTube avtobusları istifadəyə verilmişdir. Bu avtobuslarda nəinki pulsuz Wi-Fi, həmçinin noutbukların enerji ilə doldurulması üçün rozetkalar da quraşdırılmışdır. Bir qədər əvvəl internetə çıxışla təchiz olunmuş avtobuslara Helsinkidə rast gəlmək olardı. mincom