Latviya prezidenti “Jalə” şirələriylə tanış olub

Azərbaycanda səfərdə olan Latviya prezidenti Valdis Zatlers respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qəbələ şəhərində olub.

Latviya prezidenti və onu müşayiət edən nümayəndə heyəti burada Qəbələ Tarix Diyarşünaslıq Muzeyini və Müalicə Diaqnostika Mərkəzini ziyarət edib. Bundan başqa, V.Zatlers “Jalə” şirələrinin istehsal edildiyi Qəbələ Konserv Zavodu rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.