“Microsoft” öz reklam agentliyini 530 milyon dollara satıb

“Microsoft” şirkətinə məxsus “Razorfish” reklam agentliyinin yeni sahibi Fransanın “Publicis Groupe” şirkəti olacaq. Reklam bazarının əsas oyunçularından olan “Publicis” “Razorfish” üçün 530 milyon dollar ödəyəcək.
Müqavilə 2009-cu ilin sonunda imzalanacaq. Müqaviləyə görə, “Microsoft” “Publicis”-in səhmlərinin 3 faizinə sahib olacaq. Həmçinin razılaşmaya əsasən, Fransa şirkəti 5 il müddətində “Microsoft”un reklam meydanını alacaq.

SİA