Bakıda daha bir nəhəng şirkət qapandı

Bakıda daha bir nəhəng şirkət qapandı“Aysu Qida Sənaye LTD” MMC-də “Aysu” əmtəə nişanlı su və sərinləşdirici içkilərin istehsalı zamanı aşkar edilmiş pozuntularla əlaqədar bu malların istehsalının və satışının dayandırılması, həmçinin ticarət şəbəkəsində satışdan çıxarılması barədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti tərəfindən göstəriş verilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “Aysu” əmtəə nişanlı su və sərinləşdirici içkilərin ticarət şəbəkəsindən çıxarılması ilə əlaqədar İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti (İBNDX) tərəfindən aparılan tədbirlər nəticəsində 6 ticarət obyektində 1.217 litr müxtəlif adda “Aysu” əmtəə nişanlı su və sərinləşdirici içkilər aşkar edilib.

“Aysu” əmtəə nişanlı 789 litr suyun satışının dayandırılması, 428 litr sərinləşdirici içkilərin isə satışdan çıxarılaraq qanunvericilikdə nəzərdə tutulan qaydada istehsalçı müəssisəyə qaytarılması barədə İBNDX tərəfindən bu ticarət obyektlərinə göstəriş verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Eco.az