Ev alana maşın hədiyyə özüdə Bakıda

http://hicars.org/wp-content/uploads/2009/07/toyota-logo.jpg

“ABU PARK”, “Toyota” və “Bank Standard” tərəfindən birgə hazırlanmış kampaniya ilin sonunadək davam edəcək. Bu barədə Eco.az-a “Bank Standard”ın mətbuat xidmətindən məlumat verilib.

“ABU PARK” yaşayış kompleksində mənzil satışları üzrə indiyədək ölkəmizdə misli görülməmiş kampaniyaya start verilib. “ABU PARK” Tikinti-İnvestisiya şirkəti, “Toyota” Azərbaycan nümayəndəliyi və “Bank Standard” kommersiya bankı tərəfindən aparılan kampaniya çərçivəsində mənzilin tam dəyərini ödəyən alıcılara “Toyota” markalı avtomobil hədiyyə ediləcək.

Alınan mənzilin ölçülərindən asılı olaraq alıcıya “Toyota” avtomobilinin müəyyən modeli (Corolla, RAV4, Camry) hədiyyə ediləcək! Bundan əlavə, əgər alıcı “Bank Standard”ın müştərisidirsə, bu halda ona mənzilin qiymətindən 5% əlavə güzəşt təqdim olunacaq.

Gözəl memarlıq üslubunda ucaldılmış “Premium” sinfi “ABU Park” yaşayış kompleksi şəhərin mərkəzində, H.Əliyev Sarayının yaxınlığında yerləşir. Kompleks yüksək sürətli səssiz “Otis” liftləri, telefon rabitəsi, yüksək sürətli İnternet, istilik sistemi, peyk və kabel televiziya kanalları, habelə daimi soyuq və isti su ilə təmin olunub. Yüksək ixtisaslı texniki heyət kompleks sakinlərinə gecə-gündüz xidmət göstərməyə hazırdır. Zəlzələyə davamlı “ABU Park” kompleksinn iki mərtəbəli yeraltı avtomobil dayanacağı var. Kompleks günün 24 saatı təhlükəsizlik xidməti tərəfindən mühafizə edilir.

3 şərh

Write şərh
8/9/09 17:16 delete

Bahooooo!

(Mənim "o"larım artıqdır, Unibankın "o"ları ilə əlaqəsi yoxdur)

Reply
avatar
makla
AUTHOR
9/9/09 11:35 delete

Bahooo sözünündə bir əmması var ki, bunun müsbət ya mənfi formada deyildiyini anlamaq olmur ;)

Reply
avatar
Jordans Nike
AUTHOR
6/11/14 11:14 delete This comment has been removed by a blog administrator.
avatar