Nar Mobile "zerkalnı" nömrələrin satışına başladı!

Bu gündən Nar Mobile “Nar Prestij” nömrələrin satışına start verilib.

«Nar Prestij» nömrələr qiymətlərinə görə 6 kateqoriyaya bölünür. Nömrənin kateqoriyasından asılı olaraq, onun rəqəm ardıcıllığı və ahəngi dəyişilir.

Prestij 1 - 1000 AZN
Prestij 2 - 500 AZN
Prestij 3 - 250 AZN
Prestij 4 - 100 AZN
Prestij 5 - 50 AZN
Prestij 6 - 25 AZN

“Nar Prestij” nömrələrin satışı Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Şəki, Sumqayıt, Şirvan, Xaçmaz, Sabirabad, Mingəçevir şəhərlərində yerləşən Nar Mobile Mərkəzlərində aparılır.