Azərbaycan üçün iqtisadi prognozlar verildi

ASPECT Research şirkəti 2009-cu ilin sonuna qədərki dövrü əhatə edən “Makro Maliyyə: qısa zaman proqnozları” adlı bülletenin Oktyabr buraxılışını abunəçilərə təqdim etdi.
http://api.ning.com/files/TthfFfchrHVfYUu3eVQYQp3URacqFr61zuGI*p5stGENZd2sl*NVermfjuHFzs7hRwA-FUMjj82XOZKc83r7LvRgT5iJXRIi/economics.jpg
Bülletendə Oktyabr, Noyabr və Dekabr ayları üçün aylıq proqnozlarla yanaşı 2009-cu il üçün yekun rəqəmlər də əks olunub. Bülleten aylıq yenilənən, 40-dan çox indikatordan ibarət statistik baza əsasında hazırlanır.

Zaman sırası ekonometrikasına daxil olan ARİMA tipli modellər əsasında hazırlanan bülletendə:
  • Real Artım İndeksi üzrə Proqnozlar;
  • Ümumi Daxili Məhsul üzrə Proqnozlar;
  • Səkkiz əsas sektor üzrə Məhsul və Xidmətlərin İstehsalı Proqnozları;
  • İnvestisiya Qoyuluşları, Əhali Gəlirləri və Qiymət İndeksləri üzrə Proqnozlar;
  • Beş əsas Xarici Valyutanın Məzənnəsi üzrə Proqnozlar;
  • Pul Kütləsinin Müxtəlif Göstəriciləri üzrə Proqnozlar;
  • Depozit və Kreditlər üzrə Faiz Dərəcələri və Mütləq Həcm Proqnozları;
  • Ölkənin valyuta bazarında və bank sektorunda risk səviyyəsini qiymətləndirməyə imkan verən Maliyyə Stabilliyi İndeksləri;
  • Dünya Xammal və Əmtəə Bazarlarında Qiymət Tendensiyaları Proqnozları yer alıb.
Bülleten əsasən dövlət qurumları, özəl sektorun müxtəlif sahələrində fəaliyyət göstərən təşkilat və qurumlar, xüsusilə bank-maliyyə sektoru iştirakçıları, araşdırma mərkəzləri üçün nəzərdə tutulub.
aspect.az

2 şərh

Write şərh
3/10/09 23:15 delete

Rafiq bey,(eger adinizda yaniliramsa uzurlu sayin)Shirketimiz ve onun mehsulu haqqinda xeberi blogunuzda yerleshdirdiyinize gore Size teshekkur edirem. Achigi bizi tanimayan biri terefinden bele operativ bir shekilde bu xeberi tapmasi ve maraq gostererek onu yerleshdirmesi teqdire layiqdir. Bu bizde Sizin haqqinizda yenilikchi ve daim axtarishda olan bir obraz yaratdi.
Yazilarinizda ve ishlerinizde Size ugurlar...
Hormetle, ASPECT Research-un emekdashi.

Reply
avatar
makla
AUTHOR
4/10/09 14:25 delete

Dəyməz. Çox sağolun.

Reply
avatar