GM Hummer'i satdı

http://www.carbuyersnotebook.com/wp-content/uploads/2008/08/hummer1.jpg 
“General Motors” konserni Hummer markasının səhmlərinin 80 faizinin satılması ilə bağlı Çinin “Sichuan Tengzhong Heavy Industrial Machinery Co.” kompaniyası ilə müqavilə bağlayıb.

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, yerdə qalan 20 faiz səhm investor Solan Dotszyiə veriləcək.

Hələlik müqavilənin məbləği açıqlanmır. Amma “Bloomberg” öz mənbələrinə istinad edərək “Hummer”in 150 milyon dollara satıldığını bildirir. “Tengzhong” markanı əldə etməsindən əlavə, Hummerin diler şəbəkəsini də sahib olub.

Markanın yeni sahibləri Hummerin böhrandan çıxmasına və yeni modellərin hazırlanmasına 2 milyard dollardan çox vəsait sərf etməyə hazırlaşırlar. “Tengzhong” Amerikadakı zavodları bağlamayacaq və əlavə olaraq avtomobilin Çində istehsalını təşkil edəcək.