Ads 468x60px

Bəyəndiklərim

Recent Posts

Dəstəkləyək

www.president.az

Download

PR Specialist

Sample Text

Blogun dizaynında dəyişiklik edirəm. "Müvəqqəti çətinliyə görə üzr istəyirik"

Blogger Tutorials

27.10.09

IPRA Summit programı açıqlandı

 http://www.ipra.org/_images/IPRA_logo_2c.gif
IPRA Summit

Friday, 30 October, 2009
Merchant Taylor’s Hall, Threadneedle Street, London
PR in times of crisis – From austerity to opportunity
How to generate excellent results with limited budgets?
How to use the new ways of communications as new technologies and social media to maximize the results of a campaign?


08.30 – 09.00                          Registration

09.00 – 09.30                          Welcome speeches

09.30 – 10.15                          Smart Communications in a wild world.
                                                How to communicate more efficiently
10.15 – 10.30                          Q&A

10.30 – 10.45                          Coffee break

10.45 – 11.30                          PR 2.0 or How to create a buzz on the internet? 
11.30 – 11.45                          Q&A

11.45 – 12.30                         How to create a community from scratch?
The power of video messages in influencing audiences!
12.30 – 12.45                          Q&A

12.45 – 14.00                          Lunch break

14.00 – 14.45                         The Andy Warhol factor!
Create a world class star for a day in the interconnected digital world!
14.45 – 15.00                          Q&A

15.00 – 15.45                          Ethics 2.0! Avoiding getting burned online!

15.45 – 16.00                          Q&A

16.00 – 16.15                          Coffee break

16.15 – 17.00                         Blockbuster campaigns.
How to reach millions and spend hundreds!

17.00 – 17.15                          Q&A

17.15 – 17.30                          Closing remarks




2009 GWA Official Ceremony:
Doors open: 19.30/Start: 20.00

11.10.09

Bakıda Beynəlxalq Caz Festival keçiriləcək

http://musicabrasileira.org/images/jazzinho.jpg
Oktyabrın 21-27 tarixlərində Bakıda Beynəlxalq Caz Festivalı olacaq. Festival paytaxtın müxtəlif meydanlarında «Bakı-İslam Mədəniyyətinin Paytaxtı 2009» layihəsi çərçivəsində reallaşacaq.
Festivalda məşhur portuqal caz qrupu "Jazzinho", o cümlədən cazla elektron musiqinin sintezini yaradan avstriyalı Dj iştirak edəcək.

10.10.09

GM Hummer'i satdı

http://www.carbuyersnotebook.com/wp-content/uploads/2008/08/hummer1.jpg 
“General Motors” konserni Hummer markasının səhmlərinin 80 faizinin satılması ilə bağlı Çinin “Sichuan Tengzhong Heavy Industrial Machinery Co.” kompaniyası ilə müqavilə bağlayıb.

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, yerdə qalan 20 faiz səhm investor Solan Dotszyiə veriləcək.

Hələlik müqavilənin məbləği açıqlanmır. Amma “Bloomberg” öz mənbələrinə istinad edərək “Hummer”in 150 milyon dollara satıldığını bildirir. “Tengzhong” markanı əldə etməsindən əlavə, Hummerin diler şəbəkəsini də sahib olub.

Markanın yeni sahibləri Hummerin böhrandan çıxmasına və yeni modellərin hazırlanmasına 2 milyard dollardan çox vəsait sərf etməyə hazırlaşırlar. “Tengzhong” Amerikadakı zavodları bağlamayacaq və əlavə olaraq avtomobilin Çində istehsalını təşkil edəcək.

6.10.09

Marketerlərin 2010 planları


Azərbaycan efiri xalqımıza, mədəniyyətimizə, tariximizə və milli-mənəvi dəyərlərimizə xidmət etməlidir

Çox təəssüf ki, son zamanlar bu dəyərlər bayağı səviyyə, şit şou-biznes və korporativ maraqlarla əvəz olunur.

3.10.09

Mənsimov Cipriani'ni, İsmayılov Milliyət'i alıbdır?

http://www.zilbert.com/cipriani_south_beach/images/l1.jpg

Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov İstanbulda məşhur markalı restoran açacaq.

Lent.az-ın xəbərinə görə, bu barədə “turizmdebusabah.com” saytı məlumat yayıb.

Mənsimov “Cipriani” brendli restoranı İstanbuldakı otelində açacaq. Məsələ burasındadır ki, indiyədək bir çox məşhur şəxslər “Cipriani”ni İstanbula “gətirməyə” çalışıb, ancaq nədənsə alınmayıb. Lakin bu işi Mənsimovun reallaşdıracağı bildirilir.

Cipriani haqda ətraflı məlumatı burdan ala bilərsiniz.



http://www.olayturk.com/karga/images/stories/MEDYA/hurriyet%20milliyet%20logo.bmp

Telman İsmayılov “Milliyet”i alıb, “Hürriyet”ə elçi düşüb!

http://www.haberkalesi.com/haberimg/telman_ismailov.jpgBir müddət əvvəl 5 milyard dollarlıq cərimə cəzası ilə sarsılan “Doğan Hodinq”in 2 nömrəli gücü olan “Milliyet” qəzetinin azərbaycanlı iş adamı, milyarder Telman İsmayılova satıldığı barədə xəbər yayılıb. Lent.az-ın “TURKTİME”-a istinadən verdiyi məlumata görə, İsmayılov “Milliyət”i alarkən özünə ortaq olaraq “Torunlar Gıda” şirkətin seçib. Bu şirkətin ən böyük səhmdarı isə hakim AKP-dən olan millət vəkili Vahid Kilerdir.

Vahid Kiler həm də Maye Yancaq Qaçaqmalçılığı ilə mübarizə üzrə Komissiyanın sədridir.

“Milliyyet”i satın aldığı deyilən İsmayılov-“Torunlar Gıda” birliyinin artıq məşhur “Hürriyet” qəzeti üçün də danışıqlar apardığı iddia edilir. Belə ki, bu qəzet üçün qarşı tərəfə 2 müxtəlif təklif təqdim etdikləri, “Doğan-Holdinq”in bu təklifləri müzakirə etdikləri deyilir.

2.10.09

Veoh Azərbaycanda yayımını niyə dayandırıb?

http://s3.amazonaws.com/readers/2009/09/03/veohart40020080828105313_1.jpg
Hərdən baş çəkdiyim video saytlarından biri olan Veoh bugün daxil olduğumda
"Veoh is no longer available in AZERBAIJAN. If you are not in AZERBAIJAN or think you have received this message in error, please go to veoh.com and report the issue."

bildirişi ilə rastlaşdım. Səbəbini bilən var?

Ford Pickup kibrit qutusu

Sektordakı boşluqlar və Niş bazarlar

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu neft strategiyasının ardıcıl və məqsədəuyğun həyata keçirilməsi ölkənin valyuta ehtiyatlarının sürətlə artması, həmin vəsaitdən qeyri-neft sektorunun inkişafında istifadə olunması üçün yeni imkanlar açır. Nəticədə yeni biznes sahələrinin və iş yerlərinin açılması sürətlənir, əhalinin həyat şəraiti daha da yaxşılaşır.
Cənab Prezident İlham Əliyev də fəaliyyətində bu məqamı daim diqqət mərkəzində saxlayır. Sahibkarlığın inkişafına mühüm əhəmiyyət verir: "Biz gərək özəl sektoru qoruyaq, onlara kömək edək ki, müəssisələr yaratsınlar, məhsul istehsal etsinlər, insanları işlə təmin etsinlər. 470 min iş yeri yaradılıbdır, onların tam əksəriyyəti özəl sektorda yaradılıbdır. İndi dövlət müəssisəsi tikmirik ki, orada iş yeri yaradılsın. Yaxud da dövlət aparatını artırmırıq ki, orada iş yeri açılsın. Bu, özəl sektorda yaradılır. Yaxşı, belə olan halda, biz gərək özəl sektora bütün şəraiti yaradaq. Mənim siyasətim bundan ibarətdir. Ona görə dövlət, hökumət orqanları tərəfindən bizneslə məşğul olanlara böyük diqqət olmalıdır. Unutmayın ki, mən bu sahəyə ciddi yanaşıram və iş adamlarını dəstəkləyirəm".
Hal-hazırda həyatımızda hər hansı formada iştirak edən ancaq göz qarşısında olmayan bir sıra ünsürlər bəziləri üçün yeni iş imkanları, bəzən də çaşdırıcı böyüklükdə qazanc qaynaqları yaradır.
Ümumiyyətlə hər sənaye qolunda, öz sahəsində ekspertləşmiş firmalar var. Bu firmalar bütün bazarda geniş bir sahədə fəaliyyət göstərmək yerinə, bazar içində bazar olaraq bilinən çox kiçik bazar hissələrini - yəni nişləri özlərinə hədəf olaraq seçirlər. Ümumi mənada arxitektural bir termin olaraq istifadə edilən və heykəlin divarda oturduğu oyuğu, boşluğu təyin etmək üzrə faydalanılan "niş" sözü, iqtisadiyyat və ticarətdə isə fərqli bir məna ehtiva edir.


"Niş Bazar" ehtiyacları tam olaraq qarşılana bilməyən kiçik bir müştəri qrupunun istəklərini daha yaxşı qarşılaya bilmək üçün təyin olunan çox dar əhatəli, kiçik bir bazar hissəciyi olaraq tərif olunur. Bütün sektorlarda müəyyən boşluqlar ola bilər. Məsələn bankçılıq və maliyyə sektorları, təşkilati baxımdan turizm, tərcümə mərkəzləri, parkların və meydanların bərpası, çətin tapılan avto hissələrin təmiri, gəmi inşası və gəmi sahibkarlığı, ölkəyə gətirilməsi çətin olan avadanlıqların istehsalı, ölkə daxilində önəm verilən böyük layihələr üçün insan resurslarının hazırlanması gələcək vəd edən sahələr olaraq düşünülə bilər.
Daha geniş bir misal göstərsək, tekstil sektorunda böyük firmalar, ip və parça istehsal edir, sonda hazır geyim olaraq satışa çıxır. Ancaq adı çəkilən sektorda istifadə edilə biləcək aksesuarlar, zəncirbənd, düymə istehsalı bu sektorda fəaliyyət göstərən geyim firmalarının daxil olmağı düşünməyəcəyi qədər kiçik bazarlar olaraq qiymətləndirilirlər.

London Biznes Məktəbinin professoru Dr. Patrick Barvise: "Paltarlarınızdakı ləkələri yaxşı çıxaran, bunu edərkən eyni zamanda vitamin verən, üstəlik rəngini daha da çox parladan bir yuyucu, sadə bir yuyucudan daha çox satmaya bilər. Hətta heç satmaya bilər. Onsuz da bazara çıxan hər 100 yeni məhsuldan orta hesabla 80-nin müvəffəqiyyətsiz olması da bunu göstərir. Daha iddialı məhsullar inkişaf etdirmək üçün bir-biriləri ilə yarışan şirkətlər bəzən "sadəlik" qaydasını unudur". O, sözlərini belə davam etdirir: ''Sadə olun, kompleks məhsullar inkişaf etdirməyin, istehlakçının ən əhəmiyyətli istəklərini reallaşdırmağa çalışsanız bəs edər.'' Barvise bütün şirkətlərin üstün məhsullar inkişaf etdirmək üçün çalışdıqlarını, lakin bunun gərəksiz olduğunu düşünür. O dağıdıcı yenilikdə məhsullar inkişaf etdirərək bazar stabilliyini kəskin dəyişdirməkdən yana deyil. Tam tərsinə, məhsulların sadə inkişaflarla uzun müddəli və davamlı olaraq yenilənməsi lazım olduğunu müdafiə edir.


Məsələn, Barvis Toyotanın lüks avtomobil bazarındakı müvəffəqiyyətini bu strategiyaya bağlayır. Ailəsi ilə birlikdə bir BMW almağa getdiyində, kiçik oğlu, əvvəl avtomobilə heyran qalmış. Daha sonra arxa kreslolara oturub tullanmağa başladığında, atasına birdən birə bu sualı verdi: "Yaxşı mən içkimi hara qoyacağam ata?'' Çünki avtomobildə arxa kreslolarda oturanların istifadə edə biləcəyi bir qab qoyma yeri yox idi. Barvise sözlərini belə davam etdirir: "Çox sürətli və güclü mühərriklər yaratmaq əlbəttə çətin işdir. Halbuki içkiləri üzərinə qoymaq üçün bir stəkan altlığı düzəltmək, bizim daha çox ehtiyac duyduğumuz bir şey idi.'' Yapon avtomobil nəhəngi Toyotanın sadə, ya da başqa bir deyimlə "simply better" (bir az daha yaxşı) anlayışını ən yaxşı tətbiq edən şirkətlərdən biri olduğunu söyləyir: "Toyotanın lüks seqmentdə bazar payı qazanması bu siyasətlərlə oldu. Lüks avtomobil satın almaq istəyən istehlakçıların təməl ehtiyac və tələblərini təsbit etdilər. Sonra bu ehtiyac və istəkləri qarşılayan, yaxşı hazırlanmış avtomobillər istehsal etdilər. Bunlar çox fərqli avtomobillər deyildi, amma yaxşı idi."
Əlbəttə hər məhsul və xidmətdə eyni strategiya ilə müvəffəqiyyətə çatmaq mümkün deyil. Ancaq Barvisenin müdafiə etdiyi nöqtəni - "doğru zamanda, doğru yerdə, doğru fürsəti tutmaq" şəklində şərh etmək heç də səhv olmazdı. Bəzən hər kəsin rəqabət etdiyi bir bazar mühitində mübarizə etmək yerinə, diqqət çəkməmiş, ya da o günə qədər fərq edilməmiş bir hədəfi kütlə üçün məhsul və ya xidmət çıxararaq qazana bilərsiniz. Ya da hər kəs ən kompleks, ən lüks, ən iddialı məhsulla bazara çıxarkən, siz çox sadə bir ehtiyacı hər hansı bir məhsulla bir anda böyük işlər reallaşdıra bilərsiniz.
Digər bir tərəfdən yaşlı insanlar üçün geyim istehsalı da niş bazar olaraq təyin oluna bilər. Niş bazarlarda çıxarılan mallar və xidmətlər hər kəsin bir az sevdiyi mal və xidmətlərdən ayrı olaraq az adamın çox sevdiyi, ehtiyac duyduğu mal və xidmətlər olaraq da təyin oluna bilər.


Niş bazara daxil olarkən adətən aşağıdakı mərhələlər nəzərə alınmalıdır:
1. Potensial müştərilər və mövcud bazar fürsətləri araşdırılaraq, bazarın bir hissəsi və ya hissələri seçilir.
2. İnkişaf etməkdə olan bazarlar və onların məhsulu satışa çıxarma formaları araşdırılır.
3. Xidmət edilən bazar nişiylə əlaqədar olaraq dövrü mətbuatdakı yeniliklər davamlı olaraq izlənilir.
4. Firmanın mallarına, xidmətlərinə ən çox maraq göstərən, satın alan və ya satın alma meyli olan müştəri qrupları, onların xüsusi istəkləri və ehtiyacları satışa çıxarma araşdırması yolu ilə təyin oluna bilər.
5. Mövcud və potensial müştərilər müəyyən təməl əsas götürülərək qruplaşdırıla bilər.
6. Mətbuat vasitəsilə birbaşa satışa çıxarma kampaniyaları təşkil edilə bilər.
7. İstehsal olunan malın və ya göstərilən xidmətin hədəf kütləsinə daha yaxşı çata bilməsi üçün lazımdırsa mesaj və media vasitələri mütəmadi dəyişdirilə bilər.
8. Digər bir sahədə fəaliyyət göstərən əhəmiyyətli bir başqa nişin ehtiyaclarını ödəmək üçün, istehsal edilən mal və ya xidmət yenidən nəzərdən keçirilərək, həmin hədəf kütləyə uyğun gəlməyi üçün dəyişikliklər edilə bilər.
Aparılan araşdırmalara görə, daha çox rifah səviyyəsinin yüksəldiyi və ya əksinə iqtisadi böhranın gücləndiyi dövrlərdə ortaya çıxan niş bazarların xüsusi və fərqli istəklərə cavab verməsi səbəbiylə, yüksək qiymətlərə, buna bağlı olaraq qazanclılığa sahib olunur. Sifariş üzrə iş imkanı təmin etdiyindən maliyyə və anbar xərclərinə qənaət edilir. Həmçinin bu bazarlar diqqətin başqa mallara, ya da sahələrə daşınmasına imkan verirlər. Niş bazarlar böyük firmalar tərəfindən daxil olmağa dəyməyəcək qədər kiçik olduqları üçün daha çox öz sahələrində ixtisaslaşmış orta və kiçik, elastik müəssisələr tərəfindən seçilirlər. Qısası, tək və rəqibsiz olmanın üstünlüklərindən faydalanırlar.

iqtisadiyyat.com

Azərbaycan üçün iqtisadi prognozlar verildi

ASPECT Research şirkəti 2009-cu ilin sonuna qədərki dövrü əhatə edən “Makro Maliyyə: qısa zaman proqnozları” adlı bülletenin Oktyabr buraxılışını abunəçilərə təqdim etdi.
http://api.ning.com/files/TthfFfchrHVfYUu3eVQYQp3URacqFr61zuGI*p5stGENZd2sl*NVermfjuHFzs7hRwA-FUMjj82XOZKc83r7LvRgT5iJXRIi/economics.jpg
Bülletendə Oktyabr, Noyabr və Dekabr ayları üçün aylıq proqnozlarla yanaşı 2009-cu il üçün yekun rəqəmlər də əks olunub. Bülleten aylıq yenilənən, 40-dan çox indikatordan ibarət statistik baza əsasında hazırlanır.