“Panasonic” “Sanyo” şirkətinin nəzarət paketini alıb

 http://www.ubergizmo.com/photos/2009/12/panasonic_sanyo_logo.jpg
Yaponiyanın “Panasonic Corp.” korporasiyası “Sanyo Electrik” şirkətinin səhmdarlarına şirkətin səhmlərinin nəzarət paketinin əldə olunmasına dair təklifinin qəbul olunduğunu elan edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tender təklifinin nəticələri üzrə “Sanyo” səhmlərinin 50,19 faizinə sahiblik edənlər öz qiymətli kağızlarını satmağa razılıq veriblər.

“Panasonic” “Snayo” səhmdarlarına bir adi qiymətli kağıza görə təxminən 1,5 ABŞ dolları təklif edib. Belə vəziyyətdə “Panasonic”in “Sanyo”dakı payı təxminən 4,6 milyard ABŞ dolları təşkil edəcək.

Şirkətlər bu saziş haqqında bir ilə yaxındır ki, danışıqlar aparır, lakin bir sıra ölkələrin antiinhisar orqanlarının narahatlığı nəticəsində tərəflər danışıqlar prosesini təxirə salmaq məcburiyyətində qalıb. Saziş dünyada istehlakçı elektronikası sahəsində ən iri istehsalçılarından birinin yaranmasına gətirib çıxaracaq. 2009-2010-cu maliyyə ilində iki şirkətin birgə mədaxilinin 100 milyard dollaradək çatdırılacağı gözlənilir.

Saziş nəticəsində “Panasonic” “Sanyo”nun ekoloji texnologiyalarından, eləcə də qabaqcıl akkumulyator və günəş batareyalarından istifadə etmək imkanı qazanacaq.
Xatırladaq ki, “Sanyo” şirkəti Yaponiyanın ən iri akkumulyator batareyası istehsalçısıdır.