Çılpaqlar metroda


Səhər vaxtı işə və dərsə getmək üçün İngiltərənin paytaxtı Londonda metroya minən sərnişinlər heyrətə gəliblər. Səbəb isə yeraltı nəqliyyat vasitəsində sərbəst şəkildə gəzən çılpaq insanlar olub. İki qadın və iki kişi olan çılpaqlar yalnız əllərindəki çanta və çətirlər vasitəsilə bədənlərinin bəzi bölgələrini gizlədiblər. Onlar heç bir şey olmamış kimi "normal geyimli" insanlarla metroda səyahət ediblər.

Amma bir müddət sonra çılpaqların reklam kampaniyasının bir hissəsi olduğu bəlli olub. Sən demə çılpaqlar yeni yayımlanacaq "The Naked Office" (Çıplaq ofis) adlı serialı reklam ediblər. Serialda maddi çətinlik yaşayan şirkətin işçilərinin iş yerlərini xilas etmək üçün soyunmalarından bəhs edilir. anspress