Baku White City - nin planı yayımlandı!

Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə hazırlanmış layihə paytaxtın yeni müasir mərkəzinə çevrilməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı”nın təsdiq edilməsi haqqında fərmanının icrası çərçivəsində, Bakı şəhər İcra Hakimiyyətinin başçısı H. Abutalıbovun 11 iyun 2007-ci il tarixli sərəncamına əsasən, bundan sonra Bakı Ağ Şəhər (Baku White City) adlanacaq Qara Şəhərin bərpa və inkişafı haqqında qərar qəbul edilmişdi. Sahəsi 221 ha olan bu ərazi, şəhərin müasir mərkəzi kimi bir anlayışı tamamilə dəyişərək və genişləndirərək, yeni bir sima alacaqdır. 


Bakı Ağ Şəhər layihəsinin Baş planı öz sakinlərinə yaşayış, iş, istirahət və əyləncələr üçün ən yaxşı şərait təqdim edəcəyi 10 şəhər tipli universal kvartalın yaradılmasını nəzərdə tutur.
Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, Bakı buxtasının lap mərkəzində yerləşən və paytaxtımızın mirvarisi sayılan Bakı Bulvarının abadlaşdırılması və genişləndirilməsi planlaşdırılır. Bakı əhalisinin ən çox sevdiyi küçələrdən biri olan Neftçilər prospekti isə Yeni Bulvar boyu davam edəcəkdir.

Bakının müasir mərkəzi həm də şəhər nəqliyyatının yeni şəbəkəsinin yaradılması sayəsində universal olacaqdır. Belə ki, məsələn, burada Bakı Ağ Şəhər-nin mərkəzi meydanına çıxışı olan  metro stansiyasının inşa olunması, habelə avtobus nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Bütün sahil boyu tramvay xəttinin çəkilməsi da planlaşdırılır. Habelə, su nəqliyyatından istifadə edilməsi üçün, bütün Bulvar xətti boyu dəniz yolunun salınması da nəzərdə tutulmuşdur.

Bakı Ağ Şəhər-nin  İnfrastruktur kommunikasiyalarının işçi layihələri işlənib hazırlanmış və layihənin həyata keçirilməsi prosesinə cəlb edilmiş “Azəryolservis”, “Bakıelektrikşəbəkə”, “Azəriqaz”, “Aztelekom” və s. kimi müvafiq dövlət təşkilatları ilə razılaşdırılmışlar.

Paytaxtımızda yeni müasir mərkəzin yaradılması yerli və əcnəbi sərmayəçilərin cəlb edilməsi üçün əlavə imkanlar da açır. Bu məqsədlə, sərmayəçilər üçün xüsusi şərtlər nəzərdə tutulmuşdur.  

Prezidentin fərmanı çərçivəsində, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, hazırda Bakı Ağ Şəhər-nin ərazisində, çirklənmiş torpaqların təmizlənməsi üçün “Ecol Engineering Services” (SOCAR) tərəfindən xüsusi tədbirlər həyata keçirilir.
Bakı Ağ Şəhər  layihəsi üzərində işləmək üçün, azərbaycanlı mütəxəssislərlə yanaşı, mühəndis dizaynı sahəsində ixtisaslaşan “Atkins” (Böyük Britaniya) şirkətindən əlavə, “Foster + Рartners” və “F+A Architects” kimi məşhur memarlıq firmaları da cəlb edilmişlər.


şirkət haqqında əlavə məlumat.

1 şərh:

Write şərh
Jordans Nike
AUTHOR
6/11/14 09:05 delete This comment has been removed by a blog administrator.
avatar