Embawood'dan yeni MADEYRA brendi


Bu gün “Embawood” şirkəti istehlakçılarına və biznes tərəfdaşlarına özünün yeni “Madeyra” brendini təqdim edib. 

Şirkətin kommersiya qrupunun rəhbəri Mədət Rüstəmov deyib ki,
 “Embawood” şirkəti ev mebeli üzrə EMBAWOOD brendini insanlara tanıdıb: “İndi isə şirkətimiz ev mebeli üzrə yeni brendi olan MADEYRA brendini sizə təqdim edir. Biz bir ildir ki, bununla bağl hazırlıq işləri ilə məşğuluq. Biz dünyanın müxtəlif ölkələrində bu brendi təqdim edəcəyik. Bu brendin yaradılmasında əsas məqsəd bol çeşid və qiymət münasibliyi ilə istehlakçılara mebel seçimində sərbəstlik verməkdir”. 


Təqdimat mərasimində qeyd olunub ki, “Embawood” şirkətinin Azərbaycan və Gürcüstanda 5 fabriki var. Bu fabriklərin istehsal gücünün 30 faiz artırılması planlaşdırılır. MDB məkanı üçün mebel istehsalı məqsədi ilə Ukraynanın qərbində-Lvovda fabrik qurulur və ilin sonunda kütləvi istehsal başlayacaq. Bu fabrikin məhsulları əsasən Ukrayna, Rusiya, Moldova, gələcəkdə isə Şərqi Avropa ölkələrində satılacaq. Yaxın Şərq və ərəb ölkələri üçün mebel satışı məqsədilə isə Türkiyədə fabrik qurulur. 

Şirkətin marketinq meneceri İlkin Manafov nəzərə çatdırıb ki, artıq MADEYRA brendi adı altında 7 mağaza istifadəyə verilib və bu mağazaların sayı artırılacaq: “Embawood” şirkətinin EMBAWOOD brendi artıq müasir dizaynı, yeni trendləri özündə əks etdirir, MADEYRA isə ənənəvi dizaynı, bazarda rəğbət görmüş çeşidləri əhatə edəcək”.